“Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi RƏSMİ
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Fənərbaxça”nın əsas komandasına müvəqqəti rəhbərlik edəcək mütəxəssis müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasiləyə qədər komandanın baş məşqçi səlahiyyətlərini Dirk Kuyt yerinə yetirəcək.
Klubun yeni baş məşqçisinin müəyyənləşdirilməsi üçün xüsusi komitə yaradılıb. İdarə Heyəti seçim prosesinin mümkün qədər tez yekunlaşdırılmasını tapşırıb.
“Fənərbaxça”nın rəsmi açıqlamasında azarkeşlərə də müraciət olunub:
“İndi çiyin-çiyinə dayanmaq, futbolçularımıza və məşqçilər heyətimizə sahib çıxmaq vaxtıdır. Tribunadan yüksələn hər səs, göstərilən hər dəstək bu mübarizədə böyük əhəmiyyət daşıyır. Böyük azarkeş ordumuzla birlikdə “Fənərbaxça”nı layiq olduğu uğurlara çatdırmaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik”.
Klub azarkeşləri sabah keçiriləcək qarşılaşmada komandaya dəstək olmağa çağırıb.
Qeyd edək ki, Dirk Kuyt futbolçu karyerası ərzində 2012–2015-ci illərdə “Fənərbaxça”nın formasını geyinib.
Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir İngiltərə Liqa Kuboku: “Everton” 1/4 finalda “Qalatasaray”ın ulduzu ikinci dəfə ata oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Oktyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















