Bu dəfə Dağıstanda avtobus sürücüsü sərnişinlərdən küsdü (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Mahaçqala şəhərində baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, marşrut avtobusunun sürücüsü sərnişinlərin kondisionerin işə salınmasını xahiş etməsindən sonra əsəbiləşərək nəqliyyat vasitəsini saxlayıb və avtobusu tərk edib.
Sürücünün gözlənilməz addımı sərnişinlərin təəccübünə səbəb olub. Hadisə şahidlərindən biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Görüntülər qısa zamanda yayılaraq müxtəlif reaksiyalar doğurub.
Qeyd edək ki, buna bənzər hadisə bir neçə gün əvvəl Bakıda da yaşanmışdı. Həmin vaxt avtobus sürücüsü "stop" düyməsini basan sərnişinə əsəbiləşərək nəqliyyat vasitəsini saxlamış, daha sonra avtobusdan enərək yol kənarında oturmuşdu.
Mahaçqalada baş verən son olay da sosial media istifadəçiləri arasında geniş müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















