Icma.az
close
up
RU
Bu dəhşətli miqren!

Bu dəhşətli miqren!

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Həyatında heç bir zaman baş ağrısı hiss etməyən adama yəqin ki, rast gəlmək mümkün deyil. Əksər hallarda biz bu ağrıları “miqren” adlandırsaq da, bu heç də belə deyil.

Miqren – ciddi xroniki xəstəlikdir. “Miqren” diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi isə, tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır.

Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş veriri.

Tutma zamanı bəzi hallarda xəstədə görmənin ikiləşməsi, gözlərinin qarşısında yanıb-sönən işıqların, ziqzaq (əyri-üyrü) şəkilli xətlər və ya qığılcımların olması kimi şikayətlər də olur. Miqren tutması zamanı ağrı o qədər güclü olur ki, onların olması səbəbindən insanın işləməsi və ya evdə nə isə bir iş görməsi belə, mümkün olmur. Ağrı sözün əsl mənasında insanı yatağa “zəncirləmiş” olur. Ayağa qalxmaq, otaqda gəzmək, hər hansı bir istənilən işin yerinə yetirilməsinə edilən kiçik bir cəhd ağrını daha da artırır. Miqren tutması zamanı arterial təzyiqin artması adətən müşahidə edilmir.

Bəzi xəstələr miqren tutmasından bir qədər (0,5-1 saat) əvvəl aura adlandırılan müəyyən bir əlamətlər (gözlərinin qarşısında müxtəlif yanıb-sönən işıqlar və rəngli ləkələrin əmələ gəlməsi, əllərində zəiflik və titrəmə) hiss edirlər.

Miqren tutması 4 saatdan 72 saata qədər davam edə bilər. Bəzi insanlarda bu tutmalar ay əzində 2-3 dəfə, digərlərində isə ildə 1 dəfə baş verir. Miqren tutmaları istənilən yaşdan başlaya bilər. Ancaq əksər hallarda onlar, 20-30 yaşlarında başlayaraq 50 yaşından sonra keçib gedirlər.

Miqren əsasən qadın xəstəliyi hesab olunur. Qadınlarda bu xəstəlik kişilərə nisbətən bir neçə dəfə çox təsadüf edilir.

Həkimlərin müşahidələrinə görə miqrendən əziyyət çəkənlər üçün bir sıra ümumi xisusiyyətlər vardır: streslərə qarşı dözümlülüyün zəif olması, həyəcanlılq, tez hirslənmək, depressiyalara və əhvalın dəyişməsinə meyillilik.

Həkimlər miqrenin inkişaf etməsinin səbəblərini indiyə qədər müəyyən edə bilməyiblər. Bunun hormonal sfera və immunitetlə əlaqəli olmasına “şübhə” olsa da, sübüt olunmuş nəticələr hələ ki, əldə edilməmişdir. O da məlumdur ki, miqren irsi xarakter daşıyır, yəni sizin valideyinlərinizdən biri bu xəstəlikdən əziyyət çəkirsə, çox yəqin ki, siz də bu xəstəliyi irsi olaraq onlardan “alacaqsınız”. Əksər hallarda miqren tutmasını streslər, kəskin emosional həyəcanlanmalar və sarsıntılar törədir (provakasiya edir). Həmçinin, miqren tutması bilavasitə stres zamanı deyil, ondan xeyli saatlar keçdikdən sonra başlayır.

Miqren tutmasını törədən (“provakasiya edən”) 2-ci dərəcəli səbəblər:

- parlaq işıq və ya güclü səs, kəskin iylər;

- havanın kəskin şəkildə dəyişilməsi, maqnit fırtınası;

- qadınlarda hormonal dəyişikliklər (aybaşı, hamiləlik, menopauza);

- yuxunun kifayət qədər olmaması;

- güclü fiziki və əqli gərginliklər;

- uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş;

- aclıq;

- bəzi qida növləri (şokolad, kakao, qoz-fındıq məhsulları, sitrus mevələri, paxlalı bitkilər, pomidor, kərəviz, pendirlər), alkoqol (xüsusən də qırmızı çaxır, şampan şərabı, pivə), kofein və bəzi dərman preparatları (məsələn, arterial təzyiqi aşağı salan dərmanlar, hamiləliyin qarşısını alan hormonal kontraseptivlər və s.)

Buna görə də, miqrendən əziyyət çəkən adamlar profilaktik məqsədlə, onlarda tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxdında olmaqla düzgün qidalanmalıdırlar. Ümumiyyətlə götürüldükdə isə onlar tam sağlam həyat tərzi sürməli, bədən tərbiyəsi, üzgüçülük, uzun müddət ərzində açıq havada gəzməli və digər bu kimi sağlamlaşdırıcı üsullardan istifadə etməlidirlər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri