Icma.az
close
up
RU
Bu dərəcədə özfəaliyyət ola bilərmi?

Bu dərəcədə özfəaliyyət ola bilərmi?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Avqustun 27-də Moskvanın mərkəzində Azərbaycan Səfirliyinin qonaq evi qarşısında törədilən təxribat, təəssüf ki, nə birinci hadisədir, nə də sonuncu. Rusiyanın media və informasiya məkanında ölkəmizə qarşı təhdid və təhqir xarakterli çıxışların davamlı şəkil alması, son günlər hətta terrora çağırışla müşayiət olunması artıq ictimailəşmiş faktlardır. Bunların ardınca günün-günorta çağı Səfirliyimizin qonaq evi qarşısında növbəti təxribatın törədilməsinə imkan verilməsi cəmiyyətimizdə haqlı sual yaradır: bu dərəcədə “özfəaliyyət” ola bilərmi?

Hadisədən cəmi 10 gün əvvəl ölkəmizin Baş Prokurorluğu Rusiyanın nəqliyyat nazirinin keçmiş müşaviri də daxil olmaqla üç vətəndaşına qarşı cinayət işi başlayıb və həmin şəxsləri beynəlxalq axtarışa verib, Xarici İşlər Nazirliyi isə rəsmi etirazını bildirib. Münasibətlərin normallaşmasına dair Moskvanın zəmanətini eşitdikdən sonra düşünə bilərdik ki, Azərbaycana qarşı təxribatlara son qoyulacaq, onların hər birinə hüquqi qiymət veriləcək və “bu, Moskvanın rəsmi mövqeyi deyil” kimi diplomatik bəyanatlarla kifayətlənilməyəcək. Təəssüf ki, bu bəyanatdan çox keçməmiş Azərbaycan Səfirliyinin qonaq evi təxribat üçün hədəf seçildi. Cəmiyyətimizdə yaranan haqlı sualın və ictimai qənaətin səbəblərindən biri də elə bununla bağlıdır.

İctimai rəyi formalaşdıran başqa bir fakt isə onunla bağlıdır ki, şimal qonşumuzun Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının tələblərinə əməl etməməsi ilk dəfə deyil. Ukraynadakı  Azərbaycan Səfirliyinin ünvanı və dəqiq koordinatları əvvəlcədən Rusiya tərəfinə bildirilsə də, nədənsə məhz bizim Səfirliyin yerləşdiyi ərazi və bilavasitə həndəvəri Rusiyanın hava hücumuna məruz qaldı, Səfirliyin binasına ciddi xəsər yetirildi və bu, bir dəfə baş vermədi.

İndi isə Beynəlxalq Konvensiyanın tələblərinə artıq Moskvanın mərkəzində məhəl qoyulmur. Elə buna görə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 avqust 2026-cı il tarixli etiraz bəyanatında iki fikir xüsusi vurğulanır: “Bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir”.

Təxribatların davamlı xarakteri və sonuncu hadisədə Azərbaycan və Ukrayna Prezidentlərinin fotolarının nümayişi düşünməyə əsas verir ki, cəmiyyətin “özfəaliyyət” amilini qəbul etməməsi təsadüfi deyil. Hadisələrin xronologiyası da yalnız faktlar əsasında mühakimə yürütməyə imkan verir. Elə bu məqsədlə Prezident İlham Əliyevin avqustun 20-də Ukraynanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Prezident Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubundan bir neçə hissəni xatırlatmaq istərdim: “Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur... Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir... Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik”.

Bu təbrik məktubundan sonra Ukrayna Prezidenti özünün sosial media hesablarında Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür mesajını paylaşdı. Ola bilsin ki, təbrik məktubu və ona reaksiya Rusiyanın siyasi-hərbi elitasında kimlərinsə ürəyincə olmayıb. Lakin onlar da dünyanın qəbul etdiyi böyük həqiqəti görməzdən gələ bilməzlər. Artıq heç kim üçün sirr deyil ki, şimal qonşumuzun hədəfi Ukraynanın ərazi bütövlüyü və suverenliyidir. Rusiyanın informasiya təbliğatını yönləndirənlər və bu təbliğatda iştirak edən şəxslər bilməlidirlər ki, onların yaxın-uzaq qonşuluğunda yerləşən istənilən dövlət 5-ci ilini tamamlamaq üzrə olan Rusiya-Ukrayna müharibəsini həm də öz ölkələrinin  suverenliyinə qarşı potensial təhlükə kimi görürlər. Çünki ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı prinsipi bu dövlətlərin heç biri üçün deklarativ məna daşımır.

Yəni bu, şüar deyil, xalqların arzusunu ifadə edən dövlət seçimidir. Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bəslənilən münasibət eynilə ölkəmizin Rusiya ilə münasibətlərinin də əsasını təşkil edir. Azərbaycan 35 illik müstəqillik dövründə ən müxtəlif beynəlxalq platformalardan dəfələrlə bəyan edib ki, bu prinsip dövlətimizin qırmızı xəttidir və kimlərinsə istəyindən asılı olmyaraq, Azərbaycan bu məsələdə heç bir istisnanı və ayrı-seçkiliyi qəbul etmir.  

Əgər Moskvanın mərkəzində gündüz saatlarında törədilən təxribat Azərbaycanın dövlət siyasətinə pərdə arxasından idarə olunan cavabdırsa, yaxud kimlərsə bununla Rusiya-Azərbaycan əlaqələrinin normallaşması prosesinə mane olmağa çalışırsa, hər iki ehtimala aydınlığı yenə də Rusiya rəsmiləri gətirməlidir. Çünki təxribatlar və terrora çağırışlar, iyrənc qarayaxma kampaniyası və anti-Azərbaycan təbliğatı, mülki təyyarəmizin vurulduğu kimi, ya bilavasitə Rusiya ərazisində baş verir, ya da Ukraynadakı Səfirliyimizə və SOCAR-a qarşı hava hücumlarında olduğu kimi,  Rusiya bilavasitə özü iştirak edir.

Azərbaycanın rəsmi mövqeyi, hər zaman olduğu kimi, şəffaf və birmənalıdır. İctimai rəyə gəldikdə isə, törədilən hər təxribat cəmiyyətlərimiz arasında oturuşmuş dialoqu və sağlam münasibətləri tam pozmaq gücündə olmasa da, ölkəmizdən qaynaqlanmayan neqativ tendensiyanın dərinləşməsinə xidmət edir.

Ülvi Quliyev,                                                                          

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Avqust 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri