Icma.az
close
up
RU
Bu dərmanlar mədəni sağaltsa da, bağırsaqlara zərər vurur

Bu dərmanlar mədəni sağaltsa da, bağırsaqlara zərər vurur

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mədə yanmasına qarşı dərmanların tez-tez və nəzarətsiz istifadəsi bağırsaq mikroflorasının pozulmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Piroqov Universitetinin Qastroenterologiya və Diyetologiya kafedrasının dosenti, tibb elmləri namizədi Aleksandr İvanov bildirib.

Mütəxəssisin sözlərinə görə uzun müddət davam edən mədə yanması çox vaxt qastroezofageal reflüks xəstəliyinin (GERX) əlamətidir. Belə hallarda adətən proton pompası inhibitorları təyin olunur. Lakin bu dərmanların uzunmüddətli qəbulu müəyyən fəsadlar yarada bilər.

"Bu dərmanların uzun müddət istifadəsi bağırsaq selikli qişasında Clostridium difficile adlı mikroorqanizmlərin çoxalmasına şərait yarada bilər. Mədədə duz turşusunun azalması bakteriyaların sağ qalmasına imkan verir," - deyə İvanov bildirib.

Həkim vurğulayıb ki, mədə yanmasına qarşı dərmanlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir və müalicə müddətində pasiyent daimi nəzarətdə olmalıdır.

"Uzunmüddətli müalicə zamanı bəzən bağırsaqda bakteriyaların həddindən artıq artması müşahidə olunur. Belə hallarda əlavə antibakterial müalicə lazım gələ bilər," - deyə o əlavə edib.

İvanovun sözlərinə görə, mədə yanması zamanı yalnız dərmanlara güvənmək olmaz. Düzgün qidalanma və pəhriz qaydalarına riayət etmək, eləcə də özbaşına müalicədən çəkinmək vacibdir. Əks halda bu hal ciddi fəsadlara gətirib çıxara bilər.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri