Bu iki ölkə yer üzündən silinə bilər
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qlobal istiləşmə və dəniz səviyyəsinin sürətlə yüksəlməsi bəzi ölkələri tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə qoyub.
Metbuat.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, yaxın gələcəkdə okean sularına qərq olaraq xəritədən silinəcək ilk dövlət Tuvalu olacaq. Cəmi 11 min əhalisi olan bu kiçik ada dövləti müasir sənayenin fəsadlarının qurbanına çevrilir. Sakit okeanda yerləşən bu cənnət guşəsi hazırda böyük bir beynəlxalq hava limanından belə kiçik əraziyə malikdir.
Tuvalu ilə yanaşı, bənzər taleyi digər bir ada ölkəsi olan Kiribatinin də yaşayacağı gözlənilir. Mütəxəssislər hər iki dövlətin yaxın onilliklərdə tamamilə su altında qalacağını proqnozlaşdırırlar. Hətta Tuvaluda bankomatlar yoxdur və təyyarə biletləri hələ də əllə yazılır. Ölkənin xarici dünya ilə əlaqəsini təmin edən yeganə uçuş-enmə zolağı isə axşamlar yerli əhalinin idman və gəzinti sahəsinə çevrilir. Təəssüf ki, bu unikal həyat tərzi tezliklə tarixin yaddaşına köçə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 İyul 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















