Icma.az
close
up
RU
Bu dövlətçilik ideyası ilə sıx bağlılığını təmin edir KONKRET

Bu dövlətçilik ideyası ilə sıx bağlılığını təmin edir KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Dövlətin və xalqın var olması üçün onun dövlətçilik ənənələrinin, elm və mədəniyyətinin, eləcə də milli dəyərlərinin qorunması vacibdir. Bu gün Azərbaycanın dövlətçilik tarixi və elm-mədəniyyəti uğurla təbliğ edilir, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilir. Azərbaycanda milli adət-ənənələr mühafizə olunur və inkişaf etdirilir. Ulu öndər Heydər Əliyev əbəs yerə deməmişdi ki, – “xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir”. Doğrudan da, Azərbaycan xalqının milli dəyərlərinə və mədəni irsinə bağlılığı dövlətçilik tarixinin qorunması üçün ən böyük töhfədir.

Müstəqil Azərbaycan Respublikasının inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Beləliklə, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır.

Milli dəyərlərin qorunması dövlətin diqqət mərkəzindədir

Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.

Müstəqil ölkəmizin milli maraqları baxımından Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği böyük əhəmiyyət kəsb edir.

Regionumuzda yerləşən məlum qüvvələrin vətənimizə qarşı fasiləsiz və ardıcıllıqla həyata keçirdikləri məkrli planlar fonunda bu məsələnin önəmi daha da artır. Çox uzağa getməyək, XX əsr boyu xalqımızın başına gətirilən bütün faciələr bu təbliğatın fasiləsiz, ardıcıl və sistemli şəkildə aparılmasını tələb edir.

İndi da “keçmişini unudanın gələcəyi olmur” deyimi əbəs yerə ortaya çıxmayıb. Tarix dəfələrlə sübut edib ki, milli kimliyinə, vətəninin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə sahib çıxan millət hər zaman güclü dövlətə və dayaqlara malik olur. Əlbəttə, söhbət “dənizdən-dənizə” dövlət qurmaq istəyən, yaxud millətinin qanının digər millətlərdən üstün olduğunu bəyan edən xəstə təfəkkürlü topluluqların anladığı millət anlamından getmir. Əzəmətli millət öz dövlətçilik tarixini, adət-ənənələrini, elm və mədəniyyətini təbliğ edərkən başqa millətləri kiçiltməyə çalışmaz, əksinə dövlət, elmi, mədəni müxtəlifliyə töhfələr verməyə çalışar.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin tədris prosesində daha geniş yer alması zəruridir.

Təhsil eksperti Elmin Nuri KONKRET.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə dünyanın hər bir ölkəsində təhsilin əsas funksiyalarından biri milli ideologiyanı və dövlətçilik prinsiplərini şagirdlərə aşılamaqdır.

Onun sözlərinə görə, məktəb yalnız ali təhsil mərhələsinə hazırlıq deyil, insan yetişdirən bir müəssisədir:

“Şagirdlər 6 yaşından etibarən həm milli dəyərlər, həm də dünyagörüş baxımından formalaşdırılmalıdır. Məktəbin əsas missiyası fərddən şəxsiyyətə keçidi təmin etməkdir. Biz məktəbi yalnız tələbə adını qazanmaq üçün oxumamalıyıq. Məktəb insanın aldığı bilikləri həyata tətbiq edəcək bir bacarıq formalaşdırmalıdır”.

Ekspert hesab edir ki, dərsliklərdə Azərbaycan dövlətçiliyi, tarixi, ədəbiyyatı və dili mütləq şəkildə əsas istiqamətlərdən biri kimi yer almalıdır:

“Azərbaycan dövlətçiliyinin yeni inkişaf tarixi, ənənələrinin qorunması, mədəni, intellektual və siyasi aspektləri fənlərin məzmununda öz əksini tapmalıdır. Hətta rusdilli bölmələrdə də Azərbaycan dili və tarixi məhz ana dilində tədris olunmalıdır. Bu, şagirdlərin milli ideologiya və dövlətçilik ideyası ilə daha sıx bağlılığını təmin edir”.

Elmin Nuri əlavə edib ki, sadəcə fərqində olmaq kifayət deyil, milli dəyərlərin tədris prosesində davamlı inkişafı vacibdir.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri