Icma.az
close
up
RU
Dövlətçilik ideologiyasının əsası Azərbaycançılıq milli ideyası

Dövlətçilik ideologiyasının əsası Azərbaycançılıq milli ideyası

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli ideologiyası olmayan xalqlar, dövlətlər yelkənsiz gəmini xatırladır. Xəfif külək onların yolunu asanlıqla dəyişdirə, naməlum istiqamətə yönləndirə bilər. Hər bir dövlət, millət arzularını, istəklərini hədəfə çevirmək üçün mükəmməl proqramlara malik olmalı və məqsədə çatmaq üçün inamla gecə-gündüz çalışmalı, inkişaf etməlidir. Çünki hara gedəcəyini bilməyən bir gəmiyə heç bir səmt küləyi kömək edə bilməz. Azərbaycanın isə bu sarıdan bəxti gətirib.
1993-1995-ci ildən sonra - Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində milli ideologiya - azərbaycançılıq və dövlətçilik ideologiyasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu çox aydın və faktlarla izah etdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Heydər Əliyev qətiyyətlə qeyd edirdi: "Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Ulu Öndər Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik və milli-mənəvi dəyərlər kimi iki başlıca komponentdən ibarət olduğunu diqqətə çatdırmışdır. Heydər Əliyevin üzərinə bir tərəfdən milli ideologiyanın məhz ümumbəşəri dəyərlər sistemi zəminində formalaşdırılması, digər tərəfdən də, dövlət və hüquq quruculuğu prosesində xarici təsirlərin milli ideologiya süzgəcindən keçirilməsi kimi ağır bir vəzifə düşürdü. Ulu Öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlandı.
Belə bir konsepsiya Heydər Əliyev tərəfindən Azərbaycan müstəqillik əldə etdiyi gündən hazırlaşır və getdikcə təkmilləşdirilir. Bu ideologiyanın ilk müddəaları və əsas istiqamətləri Yeni Azərbaycan Partiyasının Nizamnaməsində ifadə olunmuşdur. Heydər Əliyev özü YAP-ın yaradılmasının 6-cı ildönümü münasibəti ilə təntənəli yığıncaqda belə demişdir: "Azərbaycanın müstəqil dövlət kimi ideologiyası... Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapıbdır. Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyümüz işlər həmin milli ideologiyanın üzərində qurulur.
Milli ideologiyanın əsas konturları
Dövlətçilik
. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalı, milli həmrəylik nümayiş etdirməlidirlər.
Milli-mənəvi dəyərlər. Milli ideologiyamızın ikinci əsas komponentidir. Milli ideologiyanın əsas komponentləri, bir tərəfdən milli dövlətçilik, digər tərəfdən milli-mənəvi dəyərlərdir.
Dövlətçilik ideologiyası insanların bir vətəndaş kimi formalaşdırılmasını, vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.
Dövlətçilik ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin bilavasitə və ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə tutur.
Dövlətçilik ideologiyası, habelə, iqtisadi təfəkkürün və iqtisadi mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir.
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür. Milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.
"Azərbaycançılıq" ideyasının dərk olunması əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur.
Neokonservatizm nədir?
Neokonservatiz milli ideologiyanın müasir dövrümüzün tələblərinə uyğun olaraq qorunmasıdır. "Azərbaycançılıq" ideologiyasi fundamentalism prinsiplərinə söykənmir və yeniliklərə qarşı barışmaz deyil. Müasir qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi gözləyən təhlükədən ancaq milli ideologiyanın köməyilə xilas olmaq mümkündür. Çünki milli ideologiyanın formalaşdırdığı milli özünüqoruma şüuru milli dəyərlərimizi bütün təhlükələrdən qoruyur.
İctimai həyatımızın bütün sahələrində milli ideologiya - azərbaycançılıq istiqamətləndirici məfkurə kimi milli-mənəvi dəyərlərin varlığını qoruyub saxlayır.
Fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov milli-mənəvi dəyərlər və dövlətçilik ideologiyası - azərbaycançılığın qarşılıqlı münasibətləri haqqında yazır: "Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Və əksinə, milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilməlidir. Azərbaycançılıq, əslində, dövlət ideologiyası kimi milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əsas amillərdən biridir. Beləliklə, milli ideologiyamızın əsası olan azərbaycançılıq qədim dövrlərdə dövlətçilik ənənəsi və milli-mənəvi dəyərlərimizlə sıx bağlı şəkildə meydana gəlmiş, formalaşmış və inkişaf etmişdir. Heydər Əliyevin millətin mənəviyyatında, iqtisadiyyatında, dövlətçiliyində, milli ideologiyası və milli-ideoloji təhlükəsizliyi sahəsində əsil intibah yaradıcısı kimi Azərbaycana nailiyyətlər, uğurlar qazandırdığı məlumdur. Heydər Əliyevin ölkədə yaratdığı təhlükəsizlik və sabitlik mühitini, sözün tam mənasında, fenomen adlandıraraq bu fenomeni şərtləndirən aşağıdakı amilləri göstərirlər”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli ideologiya - azərbaycançılıq məfkurəsi Azərbaycanın milli ideoloji təhlükəsizliyinin əsas müdafiə qalasıdır.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see219

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see169

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see133

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see130

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see128

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see123

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see123

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri