Bu, dünyada ən aşağı göstəricilərdən biridir Prezident
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əgər xəritəyə nəzər salınsa, Azərbaycandan yan keçməyin çətin olduğu görünər.
"AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan qlobal enerji bazarlarında etibarlı enerji təchizatçılarındandır:
"Bağlantılar baxımından xüsusilə indi bu, ən mühüm məsələlərdəndir. Əgər xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir. Bu xəritəyə müasir və siyasi infrastrukturu əlavə etsək, bunu görmək mümkündür".
Prezident həmçinin Azərbaycanın xarici borcunun çox aşağı səviyyədə olduğunu diqqətə çatdırıb:
"Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, bu ÜDM-nin 5 faizini təşkil edir ki, bu, dünyada ən aşağı göstəricilərdən biridir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Oktyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















