Kobaxidzedən Bakıdakı yeni səfirlik binası ilə bağlı Sərəncam
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək. Obyektin layihələndirilməsi və tikintisi üzrə xidmətlərin satın alınmasını Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.
“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sərəncam imzalayıb.
Sənədə əsasən, səfirliyin binası Bakının Yasamal rayonunda, Nəriman Nərimanov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən 3444,5 kv. metrlik torpaq sahəsində inşa olunacaq. Satınalma prosesi layihələndirmə və tikinti mərhələlərini özündə birləşdirən vahid “Design-Build” müqaviləsi əsasında baş tutacaq.
2026-cı ilə planlaşdırılan işlər Gürcüstanın dövlət büdcəsində Bələdiyyələrin İnkişafı Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək. Sonrakı mərhələlərin maliyyələşdirilməsi 2027-ci il büdcəsinə, zərurət olduqda isə növbəti illərin büdcəsinə daxil ediləcək.
Tikinti başa çatdıqdan sonra bina Gürcüstanın Xarici İşlər Nazirliyinin balansına veriləcək.

Baxış sayı:148
Bu xəbər 27 Oktyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















