İordaniya Suriyaya hücum etdi: 5 ölü, 2 yaralı
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İordaniya Hərbi Hava Qüvvələrinin Suriyanın cənub-şərqinə təşkil etdiyi hava zərbələri nəticəsində qadın və uşaqlar da daxil olmaqla 5 mülki şəxs həlak olub, 2 nəfər isə yaralanıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, bu əməliyyat İordaniyanın 23 oktyabr tarixində bir kilsəyə edilən hücumu törədənlərin Suriyada fəaliyyət göstərən terror təşkilatları ilə əlaqəli olduğunu müəyyən etməsindən sonra həyata keçirilib. Dəraa Səhiyyə İdarəsindən bildirilib ki, bombardman nəticəsində həyatını itirənlərdən biri qəlpə yarası alan 65 yaşlı sakin olub. O, Dəraa Milli Xəstəxanasında dünyasını dəyişib.
İordaniya rəsmiləri isə əməliyyatın Suriya tərəfi ilə əlaqələndirilmiş şəkildə keçirildiyini və zərbələrin kilsə hücumunu təşkil edən terrorçu qruplaşmaların mövqelərinə endirildiyini bəyan ediblər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















