Icma.az
close
up
RU
Bu elmi dərəcə ləğv oluna bilər TƏKLİF

Bu elmi dərəcə ləğv oluna bilər TƏKLİF

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda elmlər doktoru mərhələsinin əleyhinə olduğu barədə çıxış edb. O bildirib ki, dünyanın heç bir yerində - normal ölkələrdə ümumiyyətlə elmlər doktoru yoxdur, bizdə var. O qeyd edib ki, bu mərhələ Sovet elmindən bizə qalmış yadigardır, sovet elmi də bunu daha çox alman təhsil sistemindən götürüb. 1819-cu ildən sonra Rusiyanın bir neçə universitetində elmlər doktoru pilləsi təsdiq olunub və istifadə olunmağa başlayıb.

Sfera.az xəbər verir ki, sabiq deputat, təhil eksperti Etibar Əliyev bu fikri dəstəklədiyini bildirib. Lakin o, nazir müşavirinin tarixə ekskursiya edərkən bir sıra yanlışa yol verdiyini qeyd edib.

E.Əliyev Rusiya elminin formalaşması mərhələlərinə diqqət çəkib:

“Hər bir ölkənin ali təhsil sisteminin formalaşması müəyyən hadisə və tarixlə bağlıdır. Rusiyada universitet deyil, Sankt-Peterburqda Akademiyanın təsis edilməsi tarixi hadisədir. Akademiyanın layihəsi imperator I Pyotr tərəfindən işlənilib və bu qurum 1725-ci ildə yaradılıb. I Pyotr bu layihənin həyata keçməsi üçün Almaniyanın, Hollandiyanın universitetlərində olub və layihənin hazırlanması üçün universitet professorlarından məsləhətlər alıb. Peterbuq Akademiyasının dünyanın buna bənzər elm strukturlarından əsas fərqi ondan ibarət idi ki, Akademiya yaradılarkən Rusiyada universitet, ibtidai və orta təhsil sistemi formalaşmamışdı. Yuxarıdan qərar belə verilmişdi. Akademiyanın yaradılması haqqında qərarı isə Rusiya imperatriçası Yekatrina imzalamışdı. Bu elmi təsisat tədqiqatlar üçün yaradılmışdı. İlk vaxtlar akademik vəzifəsinə xaricdən alimlər dəvət olunmağa başladı. Bu işdə Leonard Eyler, Danil Bernulli, Amper, Qey-Lyüssak, Höte, Kondorse, Laqranj və Didronin əməyi danılmazdır. 1750-ci ildə isə Akademiyanın müxbir üzvü statusu təsis edildi. Akademiyanın üzvləri məktəb reformaları, yeni təhsil müəssisələrinin açılması layihələrini işləməklə yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olurdular. Onların əsas işləri sırasına dərsliklərin yazılması və tərcüməsi, elmi-populyar ədəbiyyatların tərcüməsi, elmi-populyar jurnalların yaradılması da daxil idi. Akademiyanın təşəbbüsü ilə kitab köşkləri, kitabxanalar yaradıldı. Pyotrun xarici ölkələrə təhsil almağa göndərdiyi 8 tələbə geri qayıtdı ki, onlardan biri də Lomonosov idi. Beləliklə, universitet yaratmaq zərurəti ortaya çıxdı. Əsas çətinlik tələbə sayında idi”. 

Ekspert qeyd edib ki, ilk tam formatlı universitet 1755-ci ildə yaradılıb:

“Universitetdə 3 fakültə təsis edildi-hüquq, tibb və fəlsəfə. Universitet 50 il profossor çatışmazlığından əziyyət çəkdi. Onların əksəriyyəti xaricdən dəvət olunurdu və müxtəlif fənləri tədris edirdilər. Universitetin əsas problemi isə tələbə azlığı idi. Hətta o zaman belə bir lətifə də var idi: Tələbə sayı o qədər az idi ki, professorlar formada qalmaq üçün bir-birilərinə mühazirə oxuyurdular. 1803, 1804, 1805-ci illərdə Vilnoda, Xarkovda, Kazanda universitetlər təsis olundu. İlk universitet nizamnaməsi 1804-cü ildə I Aleksadnr tərəfindən imzalanadı. Bəli, Humboldt modelindən istifadə olundu. Lakin hələ də elmi dərəcələrin verilmə qaydaları müəyyənləşdirilməmişdi. Universitetin əsas missiyası dövlət qulluğuna savadlı insanları yetişdirmək olmuşdu.  Beləliklə, müəllim vəzifələrinin iyerarxiyası belə idi: Privat-dosentlar - lektorlar-yüksəkixtisaslı ekstraordinar professorlar-ordinar professorlar. 

XIX əsrin ikinci yarısında universitetlərdə tələbələrin sayı 100 nəfərdən 3000 nəfərə çatdı. Belə olan halda, hansı elmi dərəcələrin verilməsindən söhbət gedə bilərdi? 1917-ci ildə Rusiyada 124 ali məktəbin 65-i dövlət, 59-u isə qeyri-dövlət ali məktəbləri olub. Humboldt modeli isə yaşayırdı. Təhsil akademik elmlə sıx əlaqədə idi. 1914-cü ildə Akademiyanın 38 həqiqi üzvünün 33 nəfəri ali məktəb professoru olub. Sankt-Peterburq universitetinin professorları (elmlər doktorları yox) İvan Pavlov 1904-cü ildə və İlya Meçnikov 1908-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatıan layiq görüldülər. Pavlovun bioqrafiyasında onun tibb üzrə elmlər doktoru dissertasiyanı müdafiə etməsi faktı var. Tibb üzrə Sovet elmlər doktorlarlarından bir nəfər də olsun fiziologiya və tibb üzrə Nobel mükafatı ala bilmədi. 
Eynşteynə isə “Molekulların yeni ölçülərinin təyinatı” məqaləsinə görə doktorluq elmi dərəcəsi veriblər. Lev Landauya da bir məqləsinə görə elmlər doktoru dərəcəsi verilib. Əslində, rəhmətlik Azad Mirzəcanzadə bu modeli tətbiq etmək istəyirdi, lakin bacarmadı”. 

Sabiq deputat bəzi nüfuzlu ensiklopediyalardan alimlərin bioqrafiyasını nəzərə çatdırıb:

“Fizik nəzəriyyəçi, müasir fizikanın yaradıcılarından biri olan Albert Eynşteyn foton anlayışını elmə gətirib. Fotoeffekt qanununu kəşf edib. Xüsusi və ümumi nisbilik nəzəriyyələrinin müəllifi, Kvant statistikasının yaradıcısıdır. 1921-ci ildə Nobel mükafatına layiq görülüb. Alman fiziki, nəzəriyyəçi Verner Heyzenberq kvant mexanikasını yaradanlardan birdir. Kvant mexanikasının matrisa variantını təklif edib. Qeyri-müəyyənlik prinsipini kəşf edib. Əsas işləri: atomun nüvəsinin strukturu, relyativistik kvant mexanikası, vahid sahə nəziriyyəsi və s. 1932-ci ildə Nobel mükafatına layiq görülüb. İngilis biofiziki və genetiki Frensis Krik Uotsonla birlikdə DNT-nin struktur modelini kəşf edib. Molekulyar genetikanın əsasını qoyanlardan biridir. 1962-ci ildə fiziologiya və tibb üzrə nobel mükafatına layiq görülüb”.

O, azərbaycanlı alimlərdən də danışıb:

“Sovet kimyaçısı, akademik, AMEA- nın prezidenti (1947-1949), 1943-cü ildən Kommunist partiyasının üzvü olan Yusif Məmmədəliyev təbii qazın və neftin emalı (işlənməsi) sahəsində elmi tədqiqatlar aparıb. 1958-ci ldə SSR-i Ali Sovetinin deputatı seçilib. Sovet alimi Həsən Abdullayev AMEA-nın həqiq üzvü, AMEA-nın prezidenti (1970-1983-cü illər), 1942-ci ildən Sovet İttifaqı Kommunist partiyasının üzvü olub. Əsas işləri: yarımkeçiricilər fizikası, yarımkeçirici cihazlara aiddir 1970-1984-cü illərdə SSRİ Ali Sovetinin deputatı olub. Sovet fiziki Eldar Salayev  akademik AMEA-nın prezidenti (1983-1997-ci illər), 1963-cü ildən Kommunist partiyasının üzvü olaub. Əsas işləri: yarımkeçiricilər fizikası, qeyri-xətti optika, yarımkeçiricilər elektronikası. 1984-cü ildə SSRİ Ali sovetini deputatı olub. 

Bəli, Azərbaycanda elmlər doktoru elmi dərəcəsi almadan professor adını, professor adını almadan isə akademik olmaq mümkün deyil. Bizim model tamam fərqli modeldir. Bir riyaziyyatçı alim 27 yaşında elmlər doktoru olması barədə hər yerdə fəxrlə danışır. Sonra o, universitetlərin birinə rektor təyin olundu. Universiteti yaman günə qoydu. 

Bəli, doktorluq dərəcəsi vəzifəyə can atmaq üçün əsas motivasiyadır. İndinin sualı budur: “Doktorluq müdafiə etdinmi?” Məzhəkədir! İndiki doktorluq dissertasiyaların mövzuları magistr dərəcəsi almaq üçün yazılan dissertasiyalardan çox da fərqlənmir”. 

E.Əliyev vurğulayıb ki, elmlər doktoru elmi dərəcəsindən öncə Ali Attestasiya Komissiyası ləğv olunmalıdır. Elmi dərəcələri (magistr və PhD) indiki Qərb modelinə uyğun olaraq universtetlər verməlidir.

Firuzə Əliyeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see351

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see274

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see249

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see241

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see240

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see236

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see229

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see228

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see227

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see221

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see217

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see216

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see207

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see192

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see181

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see180

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see179

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see171

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri