Icma.az
close
up
RU
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş

Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən klinikalardan birində qadına qeyri-tibbi şəraitdə liposaksiya (piysorma) edildiyini əks etdirən görüntülər yayılıb.

Axşam.az-a açıqlama verən pasiyent əməliyyatla bağlı yaşadıqlarından danışıb. O bildirib ki, əməliyyat hazırda fəaliyyəti dayandırılan “Uğur 777” adlı kosmetoloji mərkəzdə həyata keçirilib. Onun sözlərinə görə, proseduru bir müddət əvvəl mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva icra edib:

“Əməliyyat ötən ilin fevralında olub. Bura kosmetoloji mərkəz idi. Mənə əməliyyat təklif etdilər, razılaşdım. Dedilər ki, axşam gəlib əməliyyata girim. Heç bir müayinə aparılmadan məni əməliyyata saldılar. Prosesin ortasında ayıldım, amma mənə yenidən anesteziya verilmədi. Əməliyyat bitəndən sonra da məni güclü ağrılar içində evə göndərdilər. Sonradan heç bir müayinə olunmadım, vəziyyətimlə maraqlanan olmadı. Evdə yalnız ağrıkəsicilər qəbul edərək qaldım. Həkimlə də əlaqə saxlaya bilmədim ki, vəziyyətimlə bağlı nəsə soruşum. İndi də həmin həkimin əlaqə nömrəsini tapa bilmirəm”.

Qeyd edək ki, diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva “estetik cərrah” kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi daha əvvəl bildirmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və onun tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

“Dr. Gülü” kimi tanınan G. Abdullayeva xəstələrə qarşı qeyri-etik davranışları ilə də gündəmə gəlib. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, indiyədək bununla bağlı hər hansı hüquqi addım atılmayıb.

Onun əməliyyat zamanı rəqs edərkən görüntüsü yayılmışdı. Daha sonra digər pasiyent Babayeva İnci Həsən qızı bildirib ki, “Büllur” klinikasında Gülbadə Abdullayevanın həyata keçirdiyi üzgərmə əməliyyatından sonra ciddi problemlərlə üzləşib. Onun sözlərinə görə, əməliyyatdan sonra üz sinirləri zədələnib və güclü ağrılar yaranıb.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://axsam.az
archiveBu xəbər 19 İyul 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri