Həmin əməliyyatı edən həkim “Dr. Gülü” imiş VİDEO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən klinikalardan birində qadına qeyri-tibbi şəraitdə liposaksiya (piysorma) edildiyini əks etdirən görüntülərdə iştirak edən həkimin kimliyi məlum olub.
KONKRET.az xəbər verir ki, “Barometr”in məlumatına görə, proseduru ötən il mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva icra edib.
***
Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda pasiyent qadının üzərində heç bir anesteziya (ağrıkəsici) tətbiq edilmədən prosedurun aparıldığı aydın görülür.
Bununla yanaşı, tibbi və sanitar-gigiyena qaydalarının kobud şəkildə pozulduğu otaqda əməliyyat getdiyi an kənar bir şəxsin də içəri daxil olduğu kameraya düşüb.
Qeyd edək ki, sözügedən əməliyyatın konkret olaraq hansı tibb müəssisəsində hansı həkim tərəfindən icra edildiyi və görüntülərin hansı tarixdə çəkildiyi barədə məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 20 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















