Icma.az
close
up
RU
BU ƏRAZİLƏRDƏ EV TİKƏNLƏR 5 MİN MANAT CƏRİMƏLƏNƏ BİLƏR VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

BU ƏRAZİLƏRDƏ EV TİKƏNLƏR 5 MİN MANAT CƏRİMƏLƏNƏ BİLƏR VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələrini hərrac yolu ilə satışa çıxarır. Torpaq sahələrinin satışı kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, fərdi yaşayış evinin tikintisi və sahibkarlıq fəaliyyətinin göstərilməsi kimi kateqoriyalar əsasında həyata keçiriləcək.Qanunvericiliyə əsasən, torpaqların təyinatına uyğun istifadəsi vacib məsələlərdəndir. Yəni əkin-biçin üçün nəzərdə tutulan torpaqda fərdi ev və ya hər hansı obyekt tikmək, ərazini hasara almaq yolverilməzdir.

Təəssüf ki, bəzən istifadəçilərin kifayət qədər məlumatlı olmaması səbəbindən, bəzən də bilərəkdən qanunvericiliyin bu tələbi kobud şəkildə pozulur. Nəticədə, həm torpağın səmərəliliyi və münbitliyinə ziyan vurulur, həm də mülkiyyətçinin qanunsuz tikdiyi ev və ya obyekt sökülməli olur.

Lakin Torpaq Məcəlləsinə yeni edilən dəyişiklik təsərrüfat təyinatlı ərazilərdə tikinti işlərinin aparılmasını tam məhdudlaşdırmır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, qanuna əsasən, artıq bələdiyyələr və ya digər qurumlar tərəfindən satılan torpaqlarda, xüsusən kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işləri aparmaq olar: "Həmin torpağın ümumi sahəsi 3 hektardan artıq olmalıdır və ərazinin ümumi sahəsinin maksimum 5 faizə qədərində tikinti işləri aparıla bilər. Fərdi yaşayış evi, inzibati bina, hotel və digər iaşə obyektləri bu şərtlər altında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilə bilər".

Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see279

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see180

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see144

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri