Bu ərazilərdə güclü külək əsib Faktiki hava
GlobalInfo-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Bu ərazilərdə güclü külək əsib Faktiki hava.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Sarı xəbərdarlığa uyğun olaraq arabir cənub-qərb küləyi Daşkəsəndə 23 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.
