Icma.az
close
up
RU
Bu ərazilərdə güzəştli mənzillər satışa çıxarılır

Bu ərazilərdə güzəştli mənzillər satışa çıxarılır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzil, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil güzəştli şərtlərlə satışa çıxarılır.

Bu barədə Milli.Az-a agentlikdən bildirilib.

Məlumata görə, mənzillərin satışına dekabrın 6-da saat 11:00-da başlanılacaq və 14 dekabr saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Sumqayıt Yaşayış Kompleksi üzrə - 27.09.2021-ci il tarixli 31957 nömrəli və 24.01.2022-ci il tarixli 32415 nömrəli;

Lənkəran Yaşayış Kompleksi üzrə - 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.

Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina №

Binanın yerləşdiyi tikinti sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi

2

458.3

12

1

2

24

59.9

71.8

"HN CONSTRUCTİON" QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 14

22-09-24

3

24

78.5

93.7

3

515.9

12

1

3

48

77.7 - 82.1

93.3 - 99.3

22-09-24

4

423.6

9

1

2

19

59.7 - 60.9

72.7 - 74.7

"CONCO" QSC, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81A, mənzil 1/2/3.

31-05-24

3

17

78.1

93.8

5

694.1

9

1

2

8

59.7

72.2

31-05-24

3

24

78.1 - 82.3

93.7 - 99.5

6

413.7

9

1

2

16

59.7

72.9

31-05-24

3

16

78.1

93.8

7

412.6

9

1

2

16

59.7

72.9

"Hünər-İnşaat" Firması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63

31-03-24

3

16

78.1

93.8

8

694.1

9

1

2

8

59.7

72.2

31-03-24

3

24

78.1 - 82.3

93.7 - 99.5

9

438.9

9

1

2

10

59.7 - 60.8

72.1 - 74.7

31-03-24

3

26

78.1 - 82.4

93.8 - 99.5

10

515.9

12

1

3

48

77.7 - 82.1

93.3 - 99.3

"HN CONSTRUCTİON" QSC, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. ev 185, mənzil 14

22-09-24

11

438.3

12

1

2

12

59.7

71.8

22-09-24

3

36

77.2 - 78.5

93.4 - 93.7

Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Bina №

Binanın yerləşdiyi tikinti sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi

1

852.26

9

2

3

1

72.9

85.3

"Araz İnşaatçı" MMC, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə 851, mənzil 10/86

01-03-24

4

16

114.6

135.6

2

810.2

9

2

3

11

72.9

85.3

01-03-24

4

16

114.6

135.6

3

719.34

9

2

3

18

72.9

85.2

"Merkuri-İnşaat" MMC, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 143

01-03-24

4

18

99

119.4

4

723.55

9

2

3

18

72.9

85.2

01-03-24

4

18

99

119.4

5

503.57

9

1

3

36

75.1 - 76.7

89.4 - 91.3

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti - 59 700 manatdan,

3 otaqlı mənzillərin qiyməti - 77 200 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzillərin qiyməti - 61 965 manatdan,

4 otaqlı mənzillərin qiyməti - 84 150 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

2 otaqlı

3 otaqlı

4%

3-30 il

10%

257-262 manat

332-354 manat

* Aylıq ödəniş - mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

Lənkəran Yaşayış Kompleksi üzrə:

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

3 otaqlı

4 otaqlı

4%

3-30 il

10%

267-281 manat

362-419 manat

* Aylıq ödəniş - mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Otaqların sayı

Mənzilin qiyməti (manat)

Əlavə endirim məbləği (manat)

Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat)

2

59 700

5 970

53 730

3

77 200

7 720

69 480

QeydMənzillərin satış qiymətinə ƏDV daxildir.

Lənkəran Yaşayış Kompleksi üzrə:

Otaqların sayı

Mənzilin qiyməti (manat)

Əlavə endirim məbləği (manat)

Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat)

3

61 965

6 196

55 769

4

84 150

8 415

75 735

QeydMənzillərin satış qiymətinə ƏDV daxildir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifəsinə (www.mida.gov.az) daxil olaraq Sumqayıt və Lənkəran Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya müvafiq "ASAN xidmət" mərkəzlərinə (5 saylı Bakı, 1 saylı Sumqayıt və Lənkəran regional), habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd edək ki, "Güzəştli mənzil" sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış ola bilərlər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri