Bu ərazilərdə qaz olmayacaq XƏBƏRDARLIQ
Manset saytından alınan məlumata görə, Icma.az bildirir.
Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə 06.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Manset.az xəbər verir ki, "Azəriqaz"dan verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z. Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

