Icma.az
close
up
RU
Bu ərazilərdə qiymətlər artıb: Daha da bahalaşacaq AÇIQLAMA

Bu ərazilərdə qiymətlər artıb: Daha da bahalaşacaq AÇIQLAMA

Icma.az, Olke.az saytına istinadən bildirir.

Son aylarda Azərbaycanın daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımları ictimaiyyətin və investorların diqqət mərkəzindədir. Xüsusilə Bakının mərkəzi və bəzi ətraf rayonlarında mənzil qiymətlərində əhəmiyyətli yüksəliş qeydə alınıb. 

Mövzu ilə bağlı Ölkə.Az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ümumiyyətlə, daşınmaz əmlak sektorunda 2021-ci ildən başlayaraq bu günə kimi 55 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, daha çox artım ilkin bazarda, yəni tikinti şirkətləri tərəfindən çıxarılan əmlaklara şamil olunur:

“Ən çox qiymət artımı ölkədə “Sea Breeze” ərazisi və “Ağ şəhər” ətrafında oldu. Əgər ölkə üzrə yüksək göstərici 55 faiz qeydə alındısa, bu ərazilərdə 100 faiz artım oldu. 2025-ci ilin göstəricilərinə görə, yenə də qiymət artımı davam edir. Orta hesabla ilin sonuna kimi 10 faiz ən azı qiymət artımı proqnoz olunur. Bu da şəhərsalma ilə bağlıdır. Şəhərdə yeni tikilməyə başlayan tikililərin sayı məhdud olduğuna görə, tikinti şirkətləri arasında rəqabət azdır. Rəqabət azlığından tikinti şirkətləri də qalıq mənzillərin qiymət artımında maraqlıdırlar. Bu da ümumi daşınmaz əmlak sektoruna əks təsir edir”. 

Ekspert qeyd edib ki, eyni zamanda, ipoteka predmetləri ilə bağlı müraciətlərin sayı çoxalıb: “Daimi davam edən qiymət artımı ipoteka müraciətlərinin sayını çoxaldır. Ümumilikdə daşınmaz əmlak sektorunda belə iqtisadi vəziyyətə görə qeyri-uyğun olmayan bahalaşma davam edib. 

Kirayə mənzil sektorunda da vəziyyət oxşardır. Qiymətlərin artım tempi azalmır. Daha çox qiymət artımı şəhərin mərkəzi hissəsində bir-iki otaqlı mənzillərdə olur. 

İlin sonuna kimi nə kirayədə, nə də satışda qiymətlərin düşməsi proqnoz olunur. Hətta belə deyərdim ki, şəhərdə 194 dənə binanın sökülmə ehtimalı var. Onlar qəzalı vəziyyətdə olan binalardır. Bu binaların sökülməsi qısa zaman ərzində baş tutsa, məsələn ilin sonuna kimi kirayə bazarına daha mənfi təsir edəcək”.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri