Icma.az
close
up
RU
Bu evdən Türkiyədə 2 dənədir FOTOLAR

Bu evdən Türkiyədə 2 dənədir FOTOLAR

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Bursa vilayətinin İnegöl rayonundakı naraqlı bina həm yerli sakinlərin sosial məkanı kimi istifadə olunur, həm də bölgəyə gələn turistlərin diqqətini cəlb edir.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, İnegöl rayonunun Eski Bahçekaya kəndində, daha dəqiq desək, Tahtaköprü və Eski Bahçekaya kəndlərini birləşdirən yolun üzərində tikilib.

Təxminən 50 il əvvəl tikilən bu evin maraqlı tarixçəsi var. Belə ki, ərazidə uyğun düz sahə tapılmadığı üçün evi iki kəndi birləşdirən yolun üzərində tikmək məcbiriyyətində qalıblar. 1978-ci ildə inşa edilən bina beton sütunlar üzərində qurulub və yol birbaşa onun altından keçir.

Kənd muxtarı Hayat Nuri Aslan bildirib ki, bina sonradan bərpa olunub və hazırda da aktiv şəkildə istifadə edilir:

“48 ildir kənd sakinləri burada toplaşır, çay içib söhbət edirlər. Hər həftə müxtəlif görüşlər keçirilir”.

Muxtar əlavə edib ki, bu tip tikililər Türkiyədə çox nadirdir:

“Bənzər bir nümunə yalnız Rizedə var. Gələn turistlər çox təəccüblənir və şəkil çəkdirirlər”.

Kənd sakinləri isə bildirirlər ki, xüsusilə turistlər yolun binanın altından keçdiyini görəndə təəccüblənirlər:

“İnsanlar bəzən yanlış yola düşdüklərini düşünür, evin altından keçdiklərini deyirlər”.

Qeyd edək ki, kənd binası hazırda həm sosial görüş məkanı, həm də turistlərin maraq göstərdiyi qeyri-adi memarlıq nümunəsi kimi fəaliyyətini davam etdirir.

Zümrüd Abidqızı

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyun 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see407

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see406

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see312

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see298

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see293

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see291

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see272

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see269

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see268

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see266

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see261

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see256

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see254

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see246

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see244

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see237

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see230

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see222

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see217

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri