Icma.az
close
up
RU
Bu faciə gələcək nəsillərə ötürüləcək tarixi dərsdir HƏRBİ EKSPERT DANIŞDI

Bu faciə gələcək nəsillərə ötürüləcək tarixi dərsdir HƏRBİ EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bəzən bu hadisəni alman faşizmi ilə müqayisə edirlər. Lakin burada mühüm fərqlər mövcuddur. Alman faşizmi dövründə indiki kimi beynəlxalq hüquq mexanizmləri - Birləşmiş Millətlər Təşkilatı, Cenevrə konvensiyaları və digər universal hüquqi sənədlər - mövcud deyildi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi əməllər isə artıq beynəlxalq hüququn formalaşdığı, soyqırımı, deportasiya, işğal, terror və separatizmin açıq şəkildə qadağan olunduğu bir dövrdə baş verib: "Bu baxımdan törədilən cinayətlər beynəlxalq hüquqa əsasən xüsusilə ağır məsuliyyət yaradır.

Həmin dövrdə Azərbaycan yeni müstəqillik qazanmışdı, ordusu tam formalaşmamışdı, silah-sursat baxımından zəif vəziyyətdə idi. Dövlət strukturları yenicə qurulurdu və ölkə ciddi daxili siyasi çətinliklərlə üz-üzə qalmışdı. Ermənistan tərəfi isə keçmiş sovet hərbi resurslarından istifadə edirdi. Xüsusilə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnikasının və şəxsi heyətinin hadisələrdə iştirakı barədə faktlar mövcuddur.

Xocalı şəhəri strateji mövqedə yerləşirdi və bölgədə mühüm əhəmiyyət daşıyırdı. 1992-ci ilin fevralında burada baş verən qətliam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi qiymətləndirilir. Hadisələrlə bağlı müxtəlif mənbələrdə Ermənistanın o dövrdəki hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin etiraf xarakterli açıqlamaları da yer alıb.

Azərbaycan bu hadisəni soyqırımı və insanlığa qarşı cinayət kimi qiymətləndirir və beynəlxalq aləmdə bunun tanınması istiqamətində fəaliyyət göstərir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının nümunəsi kimi dəyərləndirilir.

Bu hadisələrin unudulmaması, hüquqi-siyasi qiymət alması və gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün beynəlxalq hüququn prinsiplərinə əməl olunması əsas şərt hesab edilir. Dövlətimiz gücləndi, möhkəmləndi, dövlət quruculuğu prosesi tamamlandı, güclü ordu formalaşdırıldı və nəticə etibarilə işğal altında olan torpaqlarımız azad edildi. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası döyüş meydanında alındı.

Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməlidirlər və verəcəklər. Bu cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin, o cümlədən keçmiş hərbi-siyasi rəhbərlərin beynəlxalq hüquq qarşısında cavab verməsi tarixi ədalətin tələbidir.

Xocalı soyqırımını heç zaman unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Bu faciə ilə bağlı filmlər çəkilib, əsərlər yazılıb və bundan sonra da yazılacaq, araşdırılacaq və dünya ictimaiyyətinə çatdırılacaq.

Təkcə Xocalı deyil, Qaradağlı, Meşəli, Cəmilli və digər yaşayış məntəqələrində baş vermiş faciələr də xalqımızın yaddaşında silinməz iz qoyub. Bu hadisələr tariximizin ağrılı səhifələridir və heç vaxt unudulmayacaq.

Keçmişdə, deportasiyalar dövründə və sovet hakimiyyəti illərində müstəqil dövlətimiz yox idi. Xalqımız ağır sınaqlardan keçirdi. Bu gün isə müstəqil, suveren və güclü Azərbaycan dövləti var. Güclü orduya və milli birliyə sahibik.

Biz bu faciələri bir daha yaşamamaq üçün tariximizi unutmamalı, dövlətimizi və ordumuzu daha da gücləndirməliyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Fevral 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri