Icma.az
close
up
RU
“Bu, fəlakətli səhv və xəyanətdir” Məşhur ABŞ generalı Trampı “topa tutdu”

“Bu, fəlakətli səhv və xəyanətdir” Məşhur ABŞ generalı Trampı “topa tutdu”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhur amerikalı general, ABŞ-nin Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Baş Komandanı Ben Hoces ABŞ Prezidenti Donald Trampın Kremldən qeyd-şərtsiz atəşkəs tələb etməməsini və sanksiya təzyiqindən əl çəkmək qərarını kəskin şəkildə tənqid edib və bunu “fəlakətli səhv” adlandırıb.

“AzPolitika” xəbər verir ki, “BILD”-ə açıqlamasında Hoces deyib ki, belə bir mövqe “Amerika Prezidentinə etimadı ciddi şəkildə sarsıdacaq və ABŞ üçün alçaldıcı olacaq”: “Bu, faktiki olaraq Amerikanın ən yaxşı müttəfiqlərinə qarşı xəyanətdir. Amerika təkbaşına nəsə edə bilməz, bizə müttəfiqlər lazımdır və onların ən yaxşıları Avropada, Kanadada və Avstraliyadadır. ABŞ bunun sadəcə Avropanın problemi olduğunu desə, məncə, bu, onilliklər ərzində bizim tərəfimizdə olan müttəfiqlərimizə qarşı xəyanət olacaq".

O əlavə edib ki, ABŞ danışıqlar prosesindən geri çəkilsə və Ukraynaya yardımı dayandırsa, o zaman Avropa aparıcı rolu öz üzərinə götürməlidir. Eyni zamanda, onun fikrincə, Almaniya Avropanın ən böyük və güclü iqtisadiyyatı kimi liderlik etməlidir: "Məncə, digər Avropa ölkələri Almaniyanın yaxşı nümunə göstərə biləcəyini görmək üçün gözləyirlər".

O, həmçinin vurğulayıb ki, Rusiyanın məqsədləri dəyişməz qalır - Ukraynanı bir dövlət və NATO-nu bir təşkilat kimi məhv etmək: “Əgər Rusiya alyansın üzvü olan ölkəyə hücum edərsə və biz lazımi cavab verməzsək, bu, bütün alyansın sonu ola bilər”.

Xatırladaq ki, Tramp mayın 19-da Putinlə söhbətindən sonra bəyan etmişdi ki, ABŞ Rusiya-Ukrayna müharibəsinə qarışmamalı idi. O, bunun bir Avropa problemi olduğunu və ABŞ-nin "qarışmamalı olduğu bir işə qarışdığını" söyləyib. ABŞ Prezidenti Avropa liderlərinə deyib ki, Putin müharibəni bitirməyə hazır deyil, çünki o, özünün qısa zamanda qalib gələcəyini hesab edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri