Reuters : 38 ölkə Ukraynada nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını intensivləşdirməsi qarşıdan gələn qış mövsümündə ölkədə nüvə qəzası riskini artırır.
“Reuters” xəbər verir ki, 38 ölkəni təmsil edən nüvə təhlükəsizliyi qurumları Rusiyanı Ukraynanın nüvə obyektlərinə və onların təhlükəsiz fəaliyyətini təmin edən enerji infrastrukturuna hücumları dayandırmağa çağırıblar.
Qurumların birgə bəyanatında Rusiyanın Ukraynaya qarşı müharibəsi və ölkənin enerji infrastrukturuna davam edən hücumları nəticəsində nüvə təhlükəsizliyi risklərinin artmasından ciddi narahatlıq ifadə olunub.
Nüvə təhlükəsizliyi üzrə Avropa və Skandinaviya qurumlarına rəhbərlik edən Per Strand “Reuters”ə bildirib ki, Rusiyanın son həftələrdəki hücumları daha təhlükəli xarakter alıb. Onun sözlərinə görə, Rusiya daha böyük döyüş başlığı daşıyan və hədəfi daha dəqiq vuran dronlardan istifadə edir.
Strand xəbərdarlıq edib ki, ən pis ssenari Ukraynanın enerji sistemində ölkənin fəaliyyət göstərən bütün doqquz nüvə reaktoruna eyni vaxtda təsir edəcək ümummilli elektrik kəsintisinin baş verməsidir.
“Doqquz reaktorun eyni vaxtda fəaliyyətinin pozulması və radioaktiv maddələrin ətrafa yayılması ehtimalı son dərəcə ciddi vəziyyət olardı”, – o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Noyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















