Icma.az
close
up
RU
“Bu fərman QHT Agentliyinə olan etimadın nəticəsidir” QHT sədri

“Bu fərman QHT Agentliyinə olan etimadın nəticəsidir” QHT sədri

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Prezident İlham Əliyevin QHT Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi əlaqədar imzaladığı fərman vətəndaş cəmiyyətinin inkişafına, bu sektorda keyfiyyət dəyişikliyinin artırılmasına təkan verəcək”. 

Bunu açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin apardığı məqsədyönlü islahatlar nəticəsində son 5 ildə vətəndaş cəmiyyətində ixtisaslaşma yaranıb, QHT-lərin beynəlxalq əlaqələri genişlənib. 

“Bütün bunlar ciddi uğurlardır. Son illər bir neçə dəfə QHT Agentliyinin təşkil etdiyi təlim və treninqlərə, mübadilə proqramlarına qatılmışam. Vətəndaş cəmiyyətində nəsil dəyişikliyinin baş verdiyini müşahidə etmişəm. Artıq bu sektorda başqalarına layihə yazdıran, bəzən icra etdiyi layihənin məzmunundan xəbəri olmayan təsadüfi adamlar demək olar ki, yoxdur. 

Sektora yeniliyə açıq, xarici dil bilgisi, kommunikasiya yaratmaq qabiliyyəti olan gənc insanlar gəlib. Bütün bu uğurlarda QHT Agentliyinin hazırkı rəhbərliyinin prinsipial mövqeyi böyük rol oynayıb. Aparılan islahatlar cəmiyyətdə QHT-lərə də müsbət imic qazandırıb”. 

Elman Cəfərli deyib ki, QHT-lərin maliyyələşdirilməsi ilə bağlı fərqli qaydaların ləğvi, hamı üçün eyni və vahid qaydanın tətbiqi müsbət addımdır: 

“Artıq QHT-lərə qrant ayıran 16 qurumun vahid koordinasiyası aparılacaq. Bu, QHT sektorunda hələ də üzə çıxan mənfi meyllərə-qrupbazlığa, şəbəkələşməyə, ayrı-ayrı nüfuzlu insanların, QHT-lərin monopoliya cəhdlərinə son qoyacaq. Bununla yanaşı tətbiq olunacaq “bir pəncərə” sistemi milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə xidmət edəcək. 

Bu fərman eyni zamanda QHT Agentliyinə olan etimadın nəticəsidir. Artıq cəmiyyətdə, rəsmi qurumlarda belə bir rəy formalaşıb ki, qranların verilməsi, QHT-lərin layihələrinin maliyyələşdirilməsi işini ən yaxşı, peşəkar formada həyata keçirən qurum QHT Agentliyidir”.

Son 5 ildə vətəndaş cəmiyyətinin ciddi gücə çevrildiyini vurğulayan QHT sədri hesab edir ki, bu sahədə şəffaflığı, peşəkarlığı artıracaq yeni islahatlar QHT-lərin fəaliyyət coğrafiyasının genişlənməsinə səbəb olacaq: “Yaşadığımız dövrdə qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması prioritet məsələdir. 

2024-cü ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) keçirildi. Bu toplantıda Azərbaycan vətəndaş cəmiyyəti aktiv iştirak etdi, beynəlxalq əlaqələrini genişləndirdi. Bu il Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. 

Bu toplantıda da QHT sektoru xüsusi fəallığı ilə seçiləcək. Azərbaycanın vətəndaş cəmiyyətinin əməkdaşlıq arealını genişləndirməsi, qlobal platformalarda təmsil olunması bəzən beynəlxaq miqyasda qərəzli kampaniyalarla üzləşən dövlətimizin əlinin gücləndirən faktordur. 

Vətəndaş cəmiyyəti dəfələrlə dövlətin “yumşaq gücü” rolunda çıxış edib və uğurlu nəticələr qazanıb. Ümid edirik ki, beynəlxalq tərəfdaşlarını artıran Azərbaycan QHT-ləri müxtəlif ümummilli, regional və qlobal problemlərin həllində yenə aparıcı rol oynayacaq”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri