Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK
Icma.az, Bizim media saytına istinadən bildirir.
Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisinin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olinib.
Layihəyə əsasən, xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.
Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.
Qeyd edək ki, həmin qanuna görə, kinematoqrafiya müəssisələri mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən və xüsusi mülkiyyətçinin vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları, özlərinin fəaliyyətindən əldə edilmiş gəlirlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















