Bu gecə Qızıl top un sahibi bəlli olur: Messi var, Ronaldu yox
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından sayılan "Qızıl top"un 2026-cı il üzrə təqdimetmə mərasimi bu gecə keçiriləcək.
Oxu.Az xəbər verir ki, "France Football" jurnalının təsis etdiyi mükafatın 70-ci təqdimetmə mərasimi İngiltərənin paytaxtı Londondakı "London Palladium" teatrında təşkil olunacaq.
Bakı vaxtı ilə bu axşam saat 00:00-da başlayacaq tədbir mükafat tarixində ilk dəfə Fransadan kənarda keçiriləcək. Bu il "Qızıl top"un təsis edilməsinin 70 ili tamam olur. Mərasimin Londonda təşkili 1956-cı ildə ilk mükafatı qazanan ingiltərəli futbolçu Stenli Metyuzun xatirəsinə də ehtiram kimi qiymətləndirilir.
Kişilər arasında ilin ən yaxşı futbolçusu adına 30 namizəd iddialıdır. Siyahıda Lionel Messi, Kilian Mbappe, Erlinq Haaland, Harri Keyn, Lamin Yamal və Usman Dembele kimi ulduzlar yer alıblar. Artıq üçüncü ildir ki, siyahıda portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun adı yoxdur.
Namizədlərin tam siyahısı belədir:
Cud Bellinqem ("Real Madrid")
Pau Kubarsi ("Barselona")
Mark Kukurella ("Çelsi")
Usman Dembele (PSJ)
Luis Dias ("Bavariya")
Bruno Fernandeş ("Mançester Yunayted")
Qabriel Maqalyaynş ("Arsenal")
Erlinq Haaland ("Mançester Siti")
Əşrəf Hakimi (PSJ)
Harri Keyn ("Bavariya")
Xviça Kvaratsxeliya (PSJ)
Lamin Yamal ("Barselona")
Sadio Mane ("Əl-Nəsr")
Markinyos (PSJ)
Lautaro Martines ("İnter")
Kilian Mbappe ("Real Madrid")
Nuno Mendeş (PSJ)
Lionel Messi ("İnter Mayami")
Joao Neveş (PSJ)
Maykl Olise ("Bavariya")
Uilyam Paço (PSJ)
Xulian Kinyones ("Əl-Qadsiyə")
Deklan Rays ("Arsenal")
Rodri ("Mançester Siti")
Fabian Ruiz (PSJ)
Uilyam Saliba ("Arsenal")
Ferran Torres ("Barselona")
Dayo Upamekano ("Bavariya")
Vinisius Junior ("Real Madrid")
Vitinya (PSJ)
Qeyd edək ki, "Qızıl top"un ötənilki qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembele olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 26 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















