Messi kimi oynamağa çalışıram Qızıl Top un sahibi
Icma.az bildirir, Lent az portalına istinadən.
PSJ-nin hücumçusu, “Qızıl top” mükafatı sahibi Usman Dembele örnək götürdüyü futbolçuların adını çəkib.
Lent.az xəbər verir ki, fransalı oyunçu xüsusilə 2017–2021-ci illərdə “Barselona”da birlikdə oynadığı Lionel Messini qeyd edib.
“Barselonada Lionel Messi ilə oynayırdım. Onun necə hərəkət etdiyini, rəqibləri necə çaşdırdığını görmək lazım idi. Mən həmişə bilirdim ki, top dəqiq onun ayağına çatacaq, çünki Buskets onu mükəmməl anlayırdı. Messi doqquz nömrə mövqeyində oynayır, cinahlara keçir, meydanda boşluq olan hər yerdə olurdu. O, ofsayd xəttində dayanıb qəfil irəli atılırdı.
Mən bunu yeddi il müşahidə etmişəm. Bu gün özüm də bənzər tərzdə oynamağa çalışıram. Həmçinin Harri Keynə də baxıram. O, möhtəşəm futbolçudur. “Real”da Mbappe doqquz nömrə mövqeyində çıxış edir. Onlar izlədiyim futbolçulardır”, – Dembele verdiyi müsahibədə deyib.
Baxış sayı:91
Bu xəbər 27 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















