Bu gün 1/4 finalın növbəti iki matçı keçiriləcək
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, ilk olaraq “Abşeron Lions” “Şəki”nin qonağı olacaq.
Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14.00-da start götürəcək. İlk görüşdə “Abşeron Lions” üstün olub - 109:78. Günün ikinci oyununda “Sabah” “Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq. Matç Bakı İdman Sarayında, saat 19.00-da başlayacaq. “Sabah” birinci dueldən qalib ayrılıb - 106:74.
Qeyd edək ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun - 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Aprel 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















