Icma.az
close
up
RU
Bu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir Cavanşir Feyziyev

Bu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir Cavanşir Feyziyev

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bu gün – 7 dekabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 106 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk iclasını keçirib, müstəqilliyimizin və hürriyyətimizin rəmzi olan üçrəngli bayrağımızı ilk parlament binasının üzərində qaldırıb.

70 il ərzində səsləndirilməsi qadağan olunmasına baxmayaraq ürəklərdə yaşadılmış azadlıq düşüncələrində, müstəqillik arzularında və demokratiya xəyallarında qorunub saxlanmış “Bir kərə yüksələn bayraq bir daha enməz” məşhur kəlamı da ilk dəfə məhz o gün səsləndirilib.

1991 – ci ildə xalqımız bütün qadağalara sinə gərərək hürriyyət bayrağımızı yenidən ucaltmaqla Azərbaycan xalqının istiqlal əzmini qırmağın mümkün olmadığını bütün dünyaya sübut etdi.

Azərbaycan öz müstəqilliyini bərpa etdi və Ulu öndər Heydər Əliyevin sayəsində özünün dediyi kimi, …Azərbaycan dünyaya günəş kimi yenidən doğdu.”

Tariximizin bütün dönəmlərində Müstəqillik və Dövlətçilik hər bir Azərbaycanlı üçün uğrunda canını belə əsirgəməyəcəyi ən müqəddəs amal olmuşdur.

Ona görə də bu gün ən böyük bayramlarımızdan biri kimi milli, dini, irqi mənsubiyyətindən və istənilən digər fərqlilikdən asılı olmayaraq hər bir Azərbaycanlı üçün müqəddəs bir tarixdir.

Bu gün fərqli millətlərin və mədəniyyətlərin Azadlıq və Müstəqillik uğrunda vahid bir ailədə birləşdiyi Azərbaycan tarixinin bu günkü və gələcək nəsillərə qürur yaşadan şanlı səhifəsidir. Bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, bayrağımızın həmişə ucalarda olmasını arzulayıram.

7 dekabrın tarixi əhəmiyyəti yalnız Vətənimiz Azərbaycanla məhdudlaşmır. 106 il öncə ilk Milli Məclisimizin öz işinə başlaması böyük türk dünyası tarixində və coğrafiyasında xalqın iradəsi ilə formalaşmış ilk parlament olmaqla bütün türk xalqlarının hər zaman qürur duyacağı tarixi bir nailiyyətdir.

Bu baxımdan 106 yaşlı Azərbaycan parlamenti bütün türk xalqları üçün azadlıq, müstəqillik və türk demokratiyası və parlamentarizminin beynəlxalq miqyasda ilk təntənəsidir.

7 dekabr günü bütün türk xalqları üçün parlamentarizm və demokratiyanın inkişaf perspektivlərində hər zaman istinad edəcəyi müasir əsaslı türk dövlətçiliyi tarixinin başlanğıc günüdür. Ona görə də Azərbaycan parlamentinin 106- cı ildönümü münasibətilə bütün türk xalqlarını təbrik edir, dünyanın müxtəlif bölgələrində yaşayan bütün türk xalqlarına əbədi İstiqlal arzulayıram.

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see148

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see128

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri