Icma.az
close
up
RU
Bu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir Cavanşir Feyziyev

Bu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir Cavanşir Feyziyev

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün – 7 dekabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 106 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk iclasını keçirib, müstəqilliyimizin və hürriyyətimizin rəmzi olan üçrəngli bayrağımızı ilk parlament binasının üzərində qaldırıb.

70 il ərzində səsləndirilməsi qadağan olunmasına baxmayaraq ürəklərdə yaşadılmış azadlıq düşüncələrində, müstəqillik arzularında və demokratiya xəyallarında qorunub saxlanmış “Bir kərə yüksələn bayraq bir daha enməz” məşhur kəlamı da ilk dəfə məhz o gün səsləndirilib. 1991 – ci ildə xalqımız bütün qadağalara sinə gərərək hürriyyət bayrağımızı yenidən ucaltmaqla Azərbaycan xalqının istiqlal əzmini qırmağın mümkün olmadığını bütün dünyaya sübut etdi.

Azərbaycan öz müstəqilliyini bərpa etdi və Ulu öndər Heydər Əliyevin sayəsində özünün dediyi kimi, …Azərbaycan dünyaya günəş kimi yenidən doğdu.”

Tariximizin bütün dönəmlərində Müstəqillik və Dövlətçilik hər bir Azərbaycanlı üçün uğrunda canını belə əsirgəməyəcəyi ən müqəddəs amal olmuşdur. Ona görə də bu gün ən böyük bayramlarımızdan biri kimi milli, dini, irqi mənsubiyyətindən və istənilən digər fərqlilikdən asılı olmayaraq hər bir Azərbaycanlı üçün müqəddəs bir tarixdir. Bu gün fərqli millətlərin və mədəniyyətlərin Azadlıq və Müstəqillik uğrunda vahid bir ailədə birləşdiyi Azərbaycan tarixinin bu günkü və gələcək nəsillərə qürur yaşadan şanlı səhifəsidir. Bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, bayrağımızın həmişə ucalarda olmasını arzulayıram.

7 dekabrın tarixi əhəmiyyəti yalnız Vətənimiz Azərbaycanla məhdudlaşmır. 106 il öncə ilk Milli Məclisimizin öz işinə başlaması böyük türk dünyası tarixində və coğrafiyasında xalqın iradəsi ilə formalaşmış ilk parlament olmaqla bütün türk xalqlarının hər zaman qürur duyacağı tarixi bir nailiyyətdir. Bu baxımdan 106 yaşlı Azərbaycan parlamenti bütün türk xalqları üçün azadlıq, müstəqillik və türk demokratiyası və parlamentarizminin beynəlxalq miqyasda ilk təntənəsidir. 7 dekabr günü bütün türk xalqları üçün parlamentarizm və demokratiyanın inkişaf perspektivlərində hər zaman istinad edəcəyi müasir əsaslı türk dövlətçiliyi tarixinin başlanğıc günüdür. Ona görə də Azərbaycan parlamentinin 106- cı ildönümü münasibətilə bütün türk xalqlarını təbrik edir, dünyanın müxtəlif bölgələrində yaşayan bütün türk xalqlarına əbədi İstiqlal arzulayıram.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri