Icma.az
close
up
RU
Bu gün bizim günümüz deyildi Valdas Dambrauskas

Bu gün bizim günümüz deyildi Valdas Dambrauskas

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sabah" Misli premyer-liqasının 27-ci turunda "Zirə" ilə heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bu gün həqiqətən də yaxşı oyun alındı. Azarkeşlər qollu oyuna şahid oldular. İlk dəqiqədən sonuncu dəqiqəyə qədər qalib gəlmək üçün mübarizə apardıq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edirdik, daha çox pressinq edən, hücuma çıxan komanda biz idik. "Zirə"ni də təbrik edirəm. Yəqin ki, onlar bura 1 xal üçün gəlmişdilər. O xalı da əldə etdilər. Rəqibin yaxşı oyun planı var idi. Öz komandamı da təbrik edirəm. Ardıcıl üçüncü matçda ilk hissəfə hesabda geri düşsək də, özümüzdə cəsarət tapıb oyunu bərabərləşdiririk. Bu gün hər iki hissədə çoxlu qol fürsətlərimiz oldu. İkinci yarıda əlavə 3-4 dəqiqədə olsaydı, fərqlənə bilərdik. Bu gün bizim günümüz deyildi. Artıq bu oyunu unudub yolumuza davam etməliyik. Sabahdan etibarən "Qarabağ"la keçirəcəyimiz iki qarşılaşmaya hazırlaşmalıyıq.
- "Qarabağ"ın bu gün xal itirməsinin sizin oyununuza təsiri oldu?
- O barədə heç düşünmürəm. Çünki dominant tərəf biz idik. Sadəcə olaraq öz səhvlərimizə görə qollar buraxdıq. Bu səhvləri dərindən təhlil etməliyik. Rəqib birinci hissədə iki dəfə qapımıza gəldi və iki qol vurdu. Mövsüm ərzində az qol buraxırdıq. Nəyə görə qollar buraxdığımızı təhlil edəcəyik. Biz daha çox öz oyunumuza köklənirik. Onu da qeyd edim ki, heç bir komandanın köməyinə ehtiyacımız yoxdu. Digər komandaların nəticələrinə baxmırıq.
- Şamaxıdakı heç-heçə komandanızı psixoloji olaraq rahatlaşdırmadı?
- Nəyə görə rahatlaşdığımızı fikirləşirsiz? Dominant oynayan tərəf biz idik. Oyuna baxdığınıza şübhə edirəm. Son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücuma qoşuldu. Futbolda üç nəticə hər zaman olur. Bu gün heç-heçə etdik. Amma pis çıxış etmədik. Daha yaxşı ola bilərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri