Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Bu gün günümüz deyildi”

Valdas Dambrauskas: “Bu gün günümüz deyildi”

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XXVII turunda "Sabah" "Zirə" ilə heç-heçə edib - 2:2.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Bu gün həqiqətən də yaxşı oyun alındı. Azarkeşlər qollu oyuna şahid oldular. İlk dəqiqədən sonuncu dəqiqəyə qədər qalib gəlmək üçün mübarizə apardıq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edirdik, daha çox pressinq edən, hücuma çıxan komanda biz idik. "Zirə"ni də təbrik edirəm. Yəqin ki, onlar bura 1 xal üçün gəlmişdilər. O xalı da əldə etdilər. Rəqibin yaxşı oyun planı var idi. Öz komandamı da təbrik edirəm. Ardıcıl üçüncü matçda ilk hissəfə hesabda geri düşsək də, özümüzdə cəsarət tapıb oyunu bərabərləşdiririk. Bu gün hər iki hissədə çoxlu qol fürsətlərimiz oldu. İkinci yarıda əlavə 3-4 dəqiqədə olsaydı, fərqlənə bilərdik. Bu gün bizim günümüz deyildi. Artıq bu oyunu unudub yolumuza davam etməliyik. Sabahdan etibarən "Qarabağ"la keçirəcəyimiz iki qarşılaşmaya hazırlaşmalıyıq".

- "Qarabağ"ın bu gün xal itirməsinin sizin oyununuza təsiri oldu?

- O barədə heç düşünmürəm. Çünki dominant tərəf biz idik. Sadəcə olaraq öz səhvlərimizə görə qollar buraxdıq. Bu səhvləri dərindən təhlil etməliyik. Rəqib birinci hissədə iki dəfə qapımıza gəldi və iki qol vurdu. Mövsüm ərzində az qol buraxırdıq. Nəyə görə qollar buraxdığımızı təhlil edəcəyik.  Biz daha çox öz oyunumuza köklənirik. Onu da qeyd edim ki, heç bir komandanın köməyinə ehtiyacımız yoxdur. Digər komandaların nəticələrinə baxmırıq.

- Şamaxıdakı heç-heçə komandanızı psixoloji olaraq rahatlaşdırmadı?

- Nəyə görə rahatlaşdığımızı fikirləşirsiz? Bu dominant oynayan tərəf biz idik. Oyuna baxdığınıza şübhə edirəm. Son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücuma qoşuldu. Futbolda üç nəticə hər zaman olur. Bu gün heç-heçə etdik. Amma pis çıxış etmədik. Daha yaxşı ola bilərik.

“Neftçi” - “Araz-Naxçıvan”: HEYƏTLƏR Ayxan Abbasov: “Şamaxı”dan rahat gedirəm” Qurban Qurbanov: “Heyəti gücləndirməyə ehtiyac var” Emreli oynamadı, komandası qələbə qazandı “Sabah” - “Zirə”: HEYƏTLƏR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Aprel 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri