Kubokdan sonra oynamaq asan deyildi Valdas Dambrauskas
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Kuboku da qazandıqdan və bütün emosiyalarımızı orada qoyduqdan sonra bu matçda oynamaq heç də asan deyildi".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 32-ci turunda "Neftçi"yə məğlub olduqları matçdan (1:2) sonra bildirib. Baş məşqçi futbolçularının əzmkarlıq nümayiş etdirdiyini və yaxşı formada olan rəqibə qarşı mübarizə apardıqlarını bildirib:
"Futbolçularım meydanda əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar çempionatda ən yaxşı formada olan komanda idi. Matçın gedişində onlarla kifayət qədər baş-başa mübarizə apardıq. Bu gün meydanda səviyyəcə bir-birindən elə də fərqlənməyən iki komanda izlədik. İndi isə gedib haqq etdiyimiz çempionluğumuzu qeyd edəcəyik. Hər kəsə təşəkkür edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 May 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















