Icma.az
close
up
RU
Bu gün dünyanın diqqəti Xankəndidə olacaq

Bu gün dünyanın diqqəti Xankəndidə olacaq

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü (ECO) keçiriləcək.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğız, Şimali Kipr Türk Cümhuriyyəti, İran və Tacikistan prezidentləri, Pakistan, Qazaxıstan Baş nazirləri, Əfqanıstan Baş nazirinin müavini, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28 Prezidenti, Nigeriyanın büdcə və iqtisadi planlama naziri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və başqa rəsmilər dünəndən Xankəndidədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Tacikistanın dövlət başçısı Emoməli Rəhmonun və İran Prezidenti Məsud Pezeşkianın səhər saatlarında Xankəndiyə çatacağı gözlənilir.

Zirvə görüşünün əsas mövzusu “Dayanıqlı və İqlim Dəyişikliyinə Davamlı Bir Gələcək Naminə Yeni İqtisadi Əməkdaşlıq Təşkilatı Vizyonu” olacaq.

Sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat daxilində islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilatın 10 daimi, bir müşahidəçi üzvü var. Təşkilata Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan daxildir. Şimali Kipr Türk Cümhuriyyəti ECO-da müşahidəçi statusunda çıxış edir.

Azərbaycan ECO-ya 1992-ci ildə qoşulub.

ECO 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see641

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see558

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see389

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see265

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see263

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see261

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see260

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see252

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see244

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see240

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see236

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see235

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see234

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see231

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see220

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see210

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see204

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see202

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see197

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri