Bu gün İspaniya və Fransa çempionatlarında yeni mövsümə start veriləcək
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 avqust, AZƏRTAC
Bu gün İspaniya və Fransa çempionatlarında yeni mövsümə start veriləcək.
AZƏRTAC xəbər verir ki, futbol azarkeşləri ilk oyun günündə La Liqada iki, Liqa 1-də isə bir matça şahidlik edəcəklər.
İspaniya çempionatında mövsümün açılış oyununda “Jirona” doğma meydanda “Rayo Valeykano”nu qəbul edəcək. Digər görüşdə isə “Vilyarreal” La Liqanın yeni iştirakçısı “Real Oviedo”nu sınağa çəkəcək. Qarşılaşmalar müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:00 və 23:30-da başlayacaq.
Fransa Liqa 1-də isə yeni mövsüm “Renn” – “Marsel” oyunu ilə start götürəcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, İspaniya çempionatında turun digər oyunları 16, 17 ,18 və 19 avqustda, Liqa 1-də isə 16-17 avqustda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















