İspaniya, Fransa, İngiltərə...
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) milli komandaların 23 yaşadək futbolçularının səviyyəsinə görə reytinqini tərtib edib.
QOL.az xəbər verir ki, siyahı hər ölkənin yaşı 23-ü keçməyən ən yaxşı 20 futbolçusunun orta göstəricisi əsasında hazırlanıb. CIES oyunçuların səviyyəsini müəyyənləşdirərkən onların son bir ildə böyüklər səviyyəsində rəsmi matçlarda keçirdikləri dəqiqələri və həmin qarşılaşmaların idman səviyyəsini nəzərə alıb.
Reytinqə 84,2 balla İspaniya liderlik edir. İlk 10-luqda yer alan ölkələrin göstəriciləri və ən yaxşı gənc futbolçuları belədir:
1. İspaniya – 84,2 bal. Ən yaxşı futbolçu: Lamin Yamal (97,4). Böyüklər millisində oynamayanlar arasında ən yaxşısı: Hakobo Ramon (83,6).
2. Fransa – 81,0 bal. Ən yaxşı futbolçu: Desir Due (91,2). Millidə oynamayanlar arasında ən yaxşısı: Jeyde Kanvo (81,9).
3. İngiltərə – 80,9 bal. Ən yaxşı futbolçu: Niko O’Rayli (89,7). Millidə oynamayanlar arasında ən yaxşısı: Job Bellinqem (83,8).
4. Argentina – 80,2 bal. Ən yaxşı futbolçu: Niko Pas (84,9). Millidə oynamayanlar arasında ən yaxşısı: Nikkolo Tresoldi (82,1).
5. İtaliya – 79,9 bal. Ən yaxşı futbolçu: Pio Espozito (84,3). Millidə oynamayanlar arasında ən yaxşısı: Nikkolo Tresoldi (82,1).
6. Braziliya – 79,1 bal. Ən yaxşı futbolçu: Rayan Roşa (82,5). Millidə oynamayanlar arasında ən yaxşısı: Vilyam Qomes (79,1).
7. Almaniya – 79,0 bal. Ən yaxşı futbolçu: Aleksandar Pavloviç (93,4). Millidə oynamayanlar arasında ən yaxşısı: Nikkolo Tresoldi (82,1).
8. Belçika – 78,7 bal. Ən yaxşı futbolçu: Xoakin Seys (84,3). Millidə oynamayanlar arasında ən yaxşısı: Kamiel Van de Perre (83,4).
9. Portuqaliya – 78,2 bal. Ən yaxşı futbolçu: Joao Neveş (90,3). Millidə oynamayanlar arasında ən yaxşısı: Afonso Moreyra (81,4).
10. Niderland – 77,4 bal. Ən yaxşı futbolçu: Civey Zexiel (81,1). Millidə oynamayanlar arasında ən yaxşısı: Ernest Poku (80,0).
Qeyd edək ki, “Brügge”nin hücumçusu Nikkolo Tresoldi Argentina, İtaliya və Almaniya millilərində çıxış etmək hüququna malik olduğundan üç ölkənin siyahısında da yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Noyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















