Bu gün İstanbulda danışıqlar olacaq
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Ukrayna və Rusiya arasında sülh danışıqlarının üçüncü raundu keçiriləcək.
“Qafqazinfo”nun “TRT Haber”ə istinadən məlumatına görə, Rusiya nümayəndə heyətinə ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.
Ukrayna heyətinə rəhbərlik isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rüstəm Umerova həvalə olunub.
Görüşün gündəliyində əsirlərin azad edilməsi, qaçırılmış uşaqların geri qaytarılması və ölümlərin dayandırılması məsələləri yer alır.
TASS-ın məlumatına görə, danışıqlar İstanbulda Çırağan sarayında aparılacaq.
Qeyd edək ki, Ukrayna və Rusiya son 5 ay ərzində İstanbulda iki dəfə danışıqlar aparıblar.
İyunun 2-si keçirilən son müzakirələrdə müəyyən razılıq əldə olunmuş, əsir mübadiləsi ilə bağlı anlaşmalar imzalanmışdı.
Baxış sayı:42
Bu xəbər 23 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















