Icma.az
close
up
RU
Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qoç - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər müvəqqətidir.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Menecmenti ağılla qurun.

Ailədəki mühit yaxşıdır. Sərt reaksiyalara heç bir ehtiyac yoxdur. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.

Buğa - əlverişli situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir. Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni informasiyaları əldə etməyə çalışın.

Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi tədricən azalacaq.

Səhhətinizə fikir verin. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Ailə üzvləri ilə təmaslar kefinizi kökəldəcək. Axşam saatlarını evdə keçirin.

Əkizlər - bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar qurun, inandığınız insanlarla əməkdaşlıq edin.

İşdə rəhbər vəzifə tutursunuzsa, əməkdaşlar arasındakı səlahiyyət və məsuliyyətin bölünməsinə nəzarət edin.

Vəzifəniz kiçikdirsə, fəaliyyətinizi optimallaşdırın.

Günün ikinci yarısında dostlar yaşam problemlərindən biri ilə bağlı sizə müraciət edəcəklər. Onların yardımınıza ehtiyacı var.

Ailə üzvləri ilə təmaslar müsbət emosiyalar bəxş edəcək.
 

Xərçəng - bir çox məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın. Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla maraqlı görüş olacaq.

Günün ikinci yarısında fəaliyyət istiqaməti barədə düşünün. Ehtiyacı olanlara yardım edin. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı yüksək dəyərləndirəcək.

Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Onların sizə ehtiyacı var. Yaxınlarınızın problemlərini həll edin, mövqelərinizi möhkəmləndirin.

Şir - yaramaz, paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə bilərsiniz.

Günün ikinci yarısında yeni layihələrə başlamayın. Alış-veriş üçün münasib zaman deyil.

Axşam saatlarında sükan arxasında olsanız, tanış marşrutu seçin.

Ailə üzvləri ilə münasibətlər emosional olacaq. Sevdiyiniz insana qarşı laübəli hisslər yaranır. Belə vəziyyətdə münasibətləri əsla aydınlaşdırmayın.

Qız - yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı fərdiyyətçilik etsəniz ciddi problemlərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısında ağıllı məsləhətlərə qulaq assanız, anlaşma, sövdələşmə, sərmayə ilə bağlı məsələlər asanlıqla həllini tapacaq. Yaşam arealının və ya texnikanın təmiri, səyahət üçün pis zaman deyil.

Ailə münasibətlərində harmoniyaya nail olun. Sevdiyiniz adamla təmaslarınızı heç nə pozmamalıdır. Subaysınızsa, axşam saatlarında xoş görüş olacaq.

Tərəzi - problemləri asanlıqla, sürətlə və tez həll etmək mümkün deyil. Səbrli və soyuqqanlı davranış gərəkli nəticələr verəcək. Müdrik olun, nüfuzunuza xələl gətirəcək qərarlar verməyin.

Günün ikinci yarısında yeni həmfikir və ya tərəfdaş tapa bilərsiniz. Səfər, sənədləşdirmə, müqavilələlərin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. Alış-verişdə çox pul xərcləməyin, riskli layihələrə pul yatırmayın.

Yaxınlarınızla aktiv ünsiyyətdə olun. Ailə üzvlərinizdən biri ilə anlaşılmazlıq yarana bilər. Səhhətinizi düşünün, sağlam həyat tərzini seçin. Zərərli vərdişlərdən əl çəkin.

Əqrəb - situasiyadan yararlanaraq maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. İnternet, telekommunikasiyalar, proqramlarla bağlı problemlər yarananda aqressivləşməyin. Borc almaq, kredit götürmək və ödənişlər etmək üçün əlverişli zamandır. Təhsil sahəsində çalışırsınızsa, əlverişli zamandır.

Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələni çözməyə çalışın. Tapdanmış hüquqlarınızı bərpa edin. Dava, qalmaqal əvəzinə məhkəməyə iddia ərizəsi ilə müraciət edin.

Axşam saatlarını virtual aləmdə keçirməyin.

Oxatan - işin effektivliyi sizdən asılıdır. Əlverişli situasiya sizə yaxşı nəticələr əldə etməyə imkan verir. Tənbəllik etməyin. Perspektivini görmədiyiniz işləri ertələməyin və çalışın. Yaxın ətrafınızdakı insanlar layihələrdən birinə maneələr yarada bilər.

Günün ikinci yarısında arqumentlərinizi səsləndirin. Söhbətdə sakit olmağınız nüfuzunuzu artıra bilər.

Ailə üzvlərinin biri sizə qarşı əsassız iddia ilə çıxış edəcək. Səbrli olun, münaqişəyə başlamayın. Məntiqli sözləriniz qarşı tərəfə müsbət təsir edəcək.
 

Oğlaq - yeni iş və ya layihəni planlaşdırmayın. Cari, rutin, adi məsələlərin həlli ilə məşğul olun. Dostlardan birinin yardım istəyini qulaqardına vurmayın. Yenilikləri əxz etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı dəyərləndirəcəklər.

Günün ikinci yarısında ideyalarınız barədə çox danışmayın. Ailə üzvləri ilə təmaslarda səmimi, qayğıkeş olun. Dəyər verdiyiniz insanların dadına çatın.

Münasibətləri yaxşılaşdırın.

Dolça - yeni işə və ya layihəyə başlamaq olar. Planlarda dəyişikliklər zəruridir. Bir qədər ehtiyatlı olun. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalışmayın. Bəzən kompromisə getmək gərəkdir. Mühüm xəbər və ya məlumat ala bilərsiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri diqqətinizi cəlb edəcək. Mobil telefon və ya noutbukunuzu qoruyun.

Sevdiyiniz insanla münasibətləri inkişaf etdirin. Ekstravaqant hədiyyə etmək, ya da dəyər verdiyiniz şəxsi qeyri-adi məkana dəvət etmək olar. Subaysınızsa, axşam saatlarında sizi romantik görüş gözləyir.

Balıqlar - emosiyalarınızın normal olması və yaxşı əhval-ruhiyyə sizə bir sıra problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Təcili olmayan işləri ertələmək olar. Lakin əyləncə və istirahətə çox vaxt ayırmayın.

İndiyədək aktiv çalışıbsınızsa, işləri nəzarətsiz qoymayın.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Sizi narahat edən məsələlərin həll yollarını müzakirə edərək aramaq olar.

Yaxınlarınızla münasibətlərdə qarşılıqlı anlaşmanın yaxılaşdırılması üçün perspektivlər yaranır. Ağır maliyyə durumunda ailə üzvləri sizi dəstəkləyəcəklər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Noyabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri