Icma.az
close
up
RU
Bu, Əliyevin gördüyü işin nəticəsidir Keçmiş ABŞ səfiri

Bu, Əliyevin gördüyü işin nəticəsidir Keçmiş ABŞ səfiri

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Vaşinqtondakı görüş azərbaycanlıların və ermənilərin çoxdan arzuladığı sülhə nail olmaq baxımından çox vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında amerikalı ekspert, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

O, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşünü tarixi və böyük hadisə adlandırıb:

“Düşünürəm ki, bu, həm də Prezident İlham Əliyevin gördüyü işin nəticəsidir. O, Donald Trampla yaxşı şəxsi münasibət qurmaq üçün çox iş görüb. Mən hesab edirəm ki, üçtərəfli sənədin imzalanması regionda sülhün bərqərar olması baxımından son dərəcə vacibdir və hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, daha güclü təhlükəsizlik və rifahın təminatı, daha yaxşı münasibətlərin qurulması yolunda inamlı addımdır. Mən bilirəm ki, bu məqama çatmaq üçün Azərbaycan və Ermənistan tərəfi çox iş görüb”.

Keçmiş səfir Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında da danışıb. O, Azərbaycanda səfir olanda iki ölkə arasında strateji tərəfdaşlığın olduğunu bildirib:

“Təbii ki, mən daha çoxunu görmək istərdim. Ona görə də hesab edirəm ki, bu iki ölkə birlikdə çox şey edə bilər. İqtisadi tərəfdən “ExxonMobil” ilə imzalanmış memorandumu gördüm. Bu, münasibətlər üçün də vacibdir. “ExxonMobil” çox güclü şirkətdir, kommersiya yönümlüdür, texniki cəhətdən çox bacarıqlıdır. Düşünürəm ki, əlaqələrin belə geniş qurulması təkcə Cənubi Qafqazla deyil, həm də İran və Rusiya məsələsi, eləcə də Mərkəzi Asiya ilə əlaqələr baxımından əhəmiyyətlidir. Əgər sən Avrasiyadan keçmək istəyirsənsə, Rusiyadan və ya İran üzərindən deyil, birbaşa Azərbaycandan keçə bilərsən. Beləliklə, hesab edirəm ki, bunun Özbəkistan, Qazaxıstan, Mərkəzi Asiyanın digər dövlətləri, eləcə də Qafqaz ölkələri üçün müsbət nəticələri var. Məncə, bu gözəl, çox vacib, çoxdan vaxtı yetişmiş addımdır. Fikrimcə, buna görə hər üç ölkəni, Azərbaycanı, Ermənistanı, o cümlədən ABŞ-ı təbrik etmək lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Avqust 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri