Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı ilə bağlı imzaladığı Sərəncam bu gündən qüvvəyə minib.
“Qafqazinfo”nun məlumatına görə, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən bugünədək 345 manat təşkil edirdi.

