Bu halda İran hücuma keçəcək
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İranla sülh razılaşmasının əldə olunacağına şübhə ilə yanaşarkən, Tehran yeni hərbi təhdidlə çıxış edib. İran rəsmiləri ABŞ ilə müharibəyə son qoyulmasına dair danışıqların dalana dirənməsi halında hərbi mövqelərini müdafiədən hücuma keçirəcəklərini bildiriblər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Reuters" agentliyinə danışan iranlı rəsminin sözlərinə görə, Tehran Hörmüz boğazında və regionda gərginliyin daha da artmasına hazırlaşır.
Diplomatik səylər nəticə verməsə, ABŞ-nin dəniz blokadasını yarmaq məqsədilə "vaxtında və dəqiq" hərbi əməliyyat keçiriləcəyi bildirilib.
Vaşinqton bu açıqlamalara hələlik rəsmi münasibət bildirməyib. Tramp isə "Fox News"a müsahibəsində İranın təslim olmalı olduğunu deyib.
ABŞ Prezidenti daha əvvəl Hörmüz boğazı ilə bağlı Omanı da hədələyib. Tramp dəniz nəqliyyatının ciddi şəkildə məhdudlaşdığı boğazla bağlı Məsqətin müdaxiləsi halında Omana zərbə endirilə biləcəyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iki ölkənin gəmilərin keçəcəyi marşrutlarla bağlı razılığa gəldiyini və yekun sənəd üzərində danışıqların davam etdiyini bildirib.
Razılaşmaya əsasən, gəmilərin İran sahillərinə yaxın marşrutla boğaza daxil olması və Oman tərəfdə müəyyən edilmiş marşrutla çıxması nəzərdə tutulur.
Bəqai bildirib ki, ikitərəfli razılaşma strateji su yolunda təhlükəsizliyi tam təmin etməyə kifayət etmir. Onun sözlərinə görə, Hörmüz boğazının tam açılması ABŞ-nin hərbi təhdidlərini və limanlara tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmasından asılıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Avqust 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















