Icma.az
close
up
RU
Bu içkilər susuzluğa səbəb olur

Bu içkilər susuzluğa səbəb olur

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir çox insan istənilən mayenin susuzluğu yatırdığını düşünür. Lakin bu, doğru deyil. Bəzi içkilər orqanizmdə əksinə, maye itkisini artıraraq gizli şəkildə dehidrasiyaya (susuzlaşmaya) səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə CMD Orenburq klinikasının terapevti, Rospotrebnadzorun Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun əməkdaşı Sergey İskovskih “Gazeta.ru”ya müsahibəsində məlumat verib.

Həkimin sözlərinə görə, dehidrasiyanın “mütləq lideri” alkoqoldur:

“Alkoqol vazopressin adlı bədəndə suyu saxlayan hormonun ifrazını bloklayır. Böyrəklər sidiyi konsentrasiyalaşdırmaq qabiliyyətini itirir və qəbul ediləndən daha çox mayeni xaric etməyə başlayır. İçkidən sonra yaranan güclü susuzluq orqanizmin kəskin su çatışmazlığına verdiyi siqnaldır”.

İkinci yerdə isə şəkərli qazlı içkilər və paketlənmiş meyvə şirələri dayanır. Belə içkilərdə şəkərin yüksək miqdarı (100 ml-də 10–12 qram) qanda osmotik təzyiq yaradır. Bu təzyiqi azaltmaq üçün orqanizm hüceyrələrdən su çəkir və nəticədə içilən mayedən daha artıq su itirilir. Süni qatqılar isə bu prosesi daha da ağırlaşdırır.

Kofein tərkibli içkilər qəhvə və energetiklər də orta dərəcədə sidikqovucu təsirə malikdir. Xüsusilə isti havada və fiziki yüklənmə zamanı bu içkilərin qəbulu su itkisini daha da artırır.

Həkim bildirir ki, müalicəvi və müalicəvi-süfrə mineral suları da gündəlik içki kimi uyğun deyil:

“Bu suların tərkibində mineralların yüksək konsentrasiyası böyrəklərə əlavə yük yaradır. Böyrəklər artıq duzları xaric edərkən, dəyərli suyu da itirir. Gündəlik istifadə üçün yalnız aşağı minerallaşmaya malik süfrə suları uyğundur”.

Mütəxəssis ən düzgün hidratasiya strategiyasının təmiz su içmək olduğunu vurğulayır. Alternativ olaraq zəif dəmlənmiş bitki çayı, yaxud limon və xiyar dilimi əlavə olunmuş su da istifadə oluna bilər.

Sergey İskovskih məsləhət görür ki, risk qrupuna daxil olan içkiləri qəbul etdikdə, mütləq onları təmiz su ilə kompensasiya etmək lazımdır:

“Bir fincan qəhvəyə əlavə bir stəkan su, bir bakal şəraba isə 1,5-2 stəkan su düşməlidir. Unutmayın ki, susuzluq hissi artıq gecikmiş bir siqnaldır”.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri