Icma.az
close
up
RU
“Bu iclas Azərbaycan üçün xüsusi xarakter daşıyır”

“Bu iclas Azərbaycan üçün xüsusi xarakter daşıyır”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Dekabrın 2-də Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ticarət üzrə məsul nazirlərinin 4-cü iclasının keçirilməsi Azərbaycan üçün həm diplomatik, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilə bilər. Xüsusilə də, 2024-cü il dekabrın 19-da təşkilatın XI Sammitində Azərbaycanın yekdilliklə D-8-ə üzv qəbul edilməsi fonunda sözügedən bu iclas ölkəmizin qurumdakı yüksəksəviyyəli institusional iştirakını təmin edir və gələcək əməkdaşlığın praktik əsaslarının formalaşdırılmasında həlledici mərhələyə çevrilir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O əlavə edib ki, həmçinin iclas çərçivəsində qəbul olunması gözlənilən Qahirə Bəyannaməsi özlüyündə D-8 ölkələri arasında ticarət dövriyəsinin artırılmasını, investisiya mühitinin təkmilləşdirilməsini və nəqliyyat-logistika infrastrukturunun səmərəliliyinin artırılmasını hədəfləyir: “Bəyannamənin qəbulunda Azərbaycanın fəal iştirakı isə öz növbəsində ölkəmizin həm regional, həm də qlobal iqtisadi nizamda mövqelərinin möhkəmlənməsinə, eyni zamanda, yeni ticarət tərəfdaşlıqlarının formalaşmasına geniş imkanlar yaradır. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycanın D-8 platformasına qoşulması ölkəmizin inkişaf etməkdə olan böyük və perspektivli bazarlara çıxış imkanlarını genişləndirir. Təşkilata üzv dövlətlərin ümumi əhalisinin bir milyarddan çox olması onların iqtisadi artım potensialı ilə birgə Azərbaycanın ixracyönümlü inkişaf modelinin qarşısında yeni üfüqlər açır. Digər tərəfdən isə Azərbaycanın coğrafi mövqeyi və malik olduğu nəqliyyat infrastrukturunun strateji əhəmiyyəti ölkəmizi D-8 çərçivəsində daha da ön plana çıxır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşən ölkəmiz artıq beynəlxalq ticarət marşrutlarının əsas həlqələrindən birinə çevrilib. D-8 üzvü olan Türkiyə, Pakistan, İran və Banqladeşlə ticarət-logistika əlaqələrinin genişlənməsi Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi rolunu gücləndirir və ölkəmizin geoiqtisadi əhəmiyyətini artırır. Bu isə Cənubi Qafqazda formalaşmış yeni reallıqlar fonunda Azərbaycanın çoxtərəfli diplomatiyasının daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır”.

Politoloq diqqətə çatdırıb ki, D-8 platforması Azərbaycan üçün yalnız iqtisadi deyil, eləcə də siyasi və diplomatik müstəvidə mühüm vəzifələr doğurur: “Bu təşkilat üzv dövlətlər arasında həmrəylik və qarşılıqlı siyasi dəstəyə əsaslanan əməkdaşlıq modeli təqdim edir və yeni inteqrasiya mexanizmlərinin formalaşmasına zəmin yaradır. Azərbaycanın quruma üzvlüyü İslam dünyası, Asiya regionu və inkişaf etməkdə olan ölkələrlə münasibətlərin daha da dərinləşməsini təmin etməklə yanaşı, ölkəmizin çoxtərəfli xarici siyasət kursu ilə tam uzlaşır. Digər tərəfdən, Misirin sədrliyi dövründə keçirilən bu iclas Azərbaycan üçün xüsusi xarakter daşıyır. Yeni üzv kimi Azərbaycan təşkilatın gündəliyinə töhfə vermək niyyətini nümayiş etdirir, həmçinin öz iqtisadi, enerji və nəqliyyat imkanları ilə D-8 əməkdaşlığına dinamizm gətirməyə qadir olduğunu ortaya qoyur. Nəticə etibarilə, Qahirədə keçirilən iclas Azərbaycanın D-8-də mövqeyinin gücləndirilməsi, iqtisadi diplomatiyasının genişləndirilməsi, yeni ticarət və investisiya tərəfdaşlıqlarının qurulması və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirakının təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Bu proses Azərbaycanın milli maraqlarına tam uyğun olaraq ölkəmizin qlobal iqtisadi sistemdə daha etibarlı və möhkəm yer tutmasına şərait yaradan növbəti mühüm addımı kimi qiymətləndirilə bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri