Icma.az
close
up
RU
Bu ifadə Paşinyan hökumətinin mövqeyini zəiflədəcək? KONKRET

Bu ifadə Paşinyan hökumətinin mövqeyini zəiflədəcək? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ermənistanın keçmiş “Qarabağ rejimi”nin “prezidenti” Araik Arutyunyanın “bütün sirləri açacağı” barədə bəyanatı İrəvanda siyasi gərginliyi daha da artırıb.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əli Mustafa bildirib ki, Arutyunyanın istintaqa mühüm məlumatlar verdiyi ehtimalı böyükdür:

“Uzun müddət Qarabağda və separatçı rejimin başında olan Arutyunyan Ermənistanın Azərbaycanla bağlı çoxsaylı cinayətlərindən təbii ki, xəbərdardır. O, Paşinyan administrasiyası ilə də yaxından əməkdaşlıq edib və 44 günlük müharibə dövründə birgə fəaliyyət göstərib. Deməli, həm Paşinyan, həm də ondan əvvəlki prezidentlərin dövrlərində həyata keçirilən qanunsuz fəaliyyətlər barədə kifayət qədər məlumata sahibdir.”

Politoloqun sözlərinə görə, Arutyunyanın ifadələri Ermənistanın müharibə cinayətləri və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş vandalizm faktlarına işıq sala bilər:

“Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan ərazilərini işğal edib, oradakı azərbaycanlı əhalini qovub, kənd və şəhərləri viran qoyub, insanların əmlakını talayıb. Bu cinayətlər təkcə Köçəryan və Sarkisyan dövrünə deyil, həm də Paşinyan hakimiyyətinə aiddir. Arutyunyan bütün bunları bilir və istintaqda müəyyən sirləri artıq açıqladığı ehtimal olunur.”

Əli Mustafa hesab edir ki, Arutyunyanın ifadələri Paşinyan hökumətinin mövqeyini ciddi şəkildə zəiflədər:

“Onun verdiyi məlumatlar Ermənistan hökumətinin fəaliyyəti ilə bağlı yeni faktların üzə çıxmasına səbəb ola bilər. Bu isə Paşinyan komandasına ciddi zərbə vuracaq. Əsas məsələ odur ki, Azərbaycan tərəfi bu bilgilərlə necə davranacaq.”

Politoloq əlavə edib ki, mətbuatda Arutyunyanın Ermənistanın hərbi məğlubiyyəti ilə bağlı da mühüm məlumatlar verdiyi iddia olunur.

“Düşünürəm ki, o, Ermənistanın daxili və hərbi strukturlarına dair ciddi bilgilərə malikdir və bu məlumatlar Paşinyan hökumətinin siyasi dayaqlarını daha da sarsıda bilər,” – deyə Əli Mustafa vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri