Bu iki onlayn yemək sifarişi xidməti birləşir
Icma.az, Azpost portalına istinadən məlumat verir.
ABŞ-ın onlayn yemək çatdırılması və market sifarişi tətbiqi olan “DoorDash” Böyük Britaniyadan olan rəqibi “Deliveroo”nu satın alır.
Valyuta.az xəbər verir ki, “Deliveroo” amerikalı rəqibi “DoorDash”dən gələn 2,9 milyard funt-sterlinq (3,9 milyard ABŞ dolları) dəyərində olan satınalma təklifini qəbul etdiyini açıqlayıb.
AFP-nin məlumatına görə, istifadəçilərə tək bir tətbiq vasitəsilə isti yemək və market məhsulları sifariş etmək imkanı verən “Deliveroo” şirkətin idarə heyətinin “DoorDash” tərəfindən bütün səhmələrin hər biri üçün 1,80 funt-sterlinq qiymətinə alınması təklifini qəbul etdiyini bildirib.
“DoorDash”dən satınalma təklifi aldığını təsdiqlədikdən sonra “Deliveroo”nun səhm qiyməti ötən həftə son üç ilin ən yüksək səviyyəsinə yüksəlib.
“DoorDash” rəhbərliyi satınalma əməliyyatının maliyyə şərtlərinin dəqiq olduğunu və üçüncü tərəfdən rəqib bir təklif gəlmədiyi təqdirdə bu məbləğin artırılmayacağını bəyan edib.
“DoorDash”in baş icraçı direktoru və təsisçilərindən biri Toni Şu bildirib: “DoorDash” və “Deliveroo”nun birlikdə nələrə nail ola biləcəyi fikri məni son dərəcə həyəcanlandırır. Biz 1 milyarddan çox əhalisi olan 40-dan çox ölkəni əhatə edəcəyik və bu, daha çox yerli biznesə inkişaf üçün lazım olan texnologiya və vasitələri təqdim etməyimizə şərait yaradacaq”.
Paylaş
Baxış sayı:101
Bu xəbər 06 May 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















