Hazırlıqlar başladı: bu iki ölkə birləşir
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniya tərəfindən ilhaqına şərait yaradır”.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat bildirib ki, Sandunun rəhbərlik etdiyi Moldova “böyük Avropa ailəsi”nə deyil, Rumıniyaya inteqrasiya edir. Onun sözlərinə görə, bu siyasət ölkənin Rumıniya tərəfindən “aneksiyasına şərait yaradılması” kimi qiymətləndirilə bilər.
Zaxarova həmçinin Moldovanın Avropaya inteqrasiya kursunun və əhalinin bu siyasəti dəstəkləməsinin gündəmə gətirildiyini, lakin real vəziyyətin fərqli olduğunu bildirib.
“Moldovanın avrointeqrasiya yolundakı uğurları və əhalinin bu kursu dəstəkləməsi barədə danışa bilərsiniz. Lakin real vəziyyət tamamilə əksini göstərir”, – Zaxarova qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















