Icma.az
close
up
RU
Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq” proqramına müraciət edən müəssisələrin sayı 15-ə çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Norm Sement” şirkəti “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulan növbəti müəssisə olub. 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Norm Sement” şirkətinin baş icraçı direktorunun maliyyə və strategiya məsələləri üzrə müavini Elvin Mirzəyevlə görüşündə “Sənaye 4.0 Hazırlıq” proqramının məqsədləri, əsas istiqamətləri, müəssisələrin texnoloji hazırlıq səviyyəsinin beynəlxalq metodologiya əsasında qiymətləndirilməsi və transformasiya potensialının müəyyənləşdirilməsi barədə məlumat verilib. Bildirilib ki, proqram sənaye müəssisələrində texnoloji transformasiya proseslərini sürətləndirməklə onların əməliyyat səmərəliliyini artırmağı, innovativ yanaşmaların tətbiqini genişləndirməyi və rəqabətqabiliyyətliliyini gücləndirməyi hədəfləyir.

Elvin Mirzəyev bildirib ki, “Norm Sement” şirkətin transformasiya planlarının daha sistemli şəkildə həyata keçirilməsində, resurslardan səmərəli istifadənin artırılmasında və yeni texnoloji imkanların tətbiqində maraqlıdır.

Bu ilin iyul ayından başlayan “Sənaye 4.0 Hazırlıq” proqramına artıq 15 müəssisə qoşulub. Artıq müəssisələrdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə texnoloji transformasiya üzrə yerində qiymətləndirmə proseslərinə başlanılıb. Müəssisələrə baxış zamanı istehsal prosesləri, əməliyyatların idarə olunması, infrastruktur, avtomatlaşdırma səviyyəsi və texnoloji transformasiya potensialı təhlil olunur. Proqram çərçivəsində həmçinin dayanıqlı inkişaf istiqaməti üzrə qiymətləndirmələr aparılır. Bizneslərin enerji səmərəliliyi, resursların idarəedilməsi, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə üzrə mövcud vəziyyəti araşdırılır.

“Sənaye 4.0 Hazırlıq” proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Proqram nəticəsində hər bir müəssisə texnoloji transformasiyaya dair fərdi yol xəritəsi əldə edir. Yol xəritəsinin icrası mərhələsində şirkətlərə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən güzəştli kreditlər və beynəlxalq ekspertlərin iştirakı ilə ekspertiza dəstəyi təqdim olunur.

İstehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər proqramda iştirak edə bilərlər. Bunun üçün fiziki və hüquqi şəxslər industry4.az platformasında qeydiyyatdan keçməlidirlər. Proqramda iştirak ödənişsizdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri