Icma.az
close
up
RU
“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji imkanlarının qiymətləndirilməsinə başlanılıb

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji imkanlarının qiymətləndirilməsinə başlanılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji imkanlarının təhlilinə start verilib. Proqrama əsasən istehsal yönümlü sənaye sahələrində fəaliyyət göstərən və ixrac potensiallı müəssisələr müraciət edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qiymətləndirilmə prosesi zamanı müəssisələrin istehsal əməliyyatları, satınalma və təchizat zənciri, logistika, eləcə də digər əsas biznes funksiyaları sənaye 4.0 yetkinlik səviyyəsinə dair əhatəli analiz edilir. Bu mərhələdə əsas maraqlı tərəflərlə müsahibələr aparılır, müəssisələrin mövcud İT arxitekturası və tətbiq olunan texnologiyalar təhlil olunur, rəqəmsal transformasiyaya maneə yarada biləcək boşluqlar və risklər müəyyənləşdirilir. Nəticədə hər bir şirkətin özünəməxsus ehtiyaclarına uyğun konkret tətbiq sahələri müəyyən edilir və onlar əhəmiyyət dərəcəsinə görə sıralanır. Bu yanaşma müəssisələrə investisiya qərarlarını məlumatlara əsaslanaraq vermək, dəyər yönümlü və strateji transformasiya yol xəritəsi formalaşdırmaq imkanı yaradır.

Müstəqil ekspert komandası tərəfindən həyata keçirilən bu diaqnostika 5-8 həftə davam edir və proqramın sonunda şirkətlər texnoloji transformasiya üçün təsdiqlənmiş yol xəritəsi əldə edəcəklər.

Rəqəmsal texnologiyaların sürətli inkişafı və Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda həyata keçirilən proqram məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasına dəstək göstərmək, onların əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etməklə rəqabət qabiliyyətini gücləndirmək və nəticə etibarilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində:

• Müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir;

• Şirkətlərin spesifik ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır;

• Yol xəritələrinin icrası zamanı müəssisələrə həm maliyyə, həm də peşəkar ekspert dəstəyi göstərilir.

Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, istehsal keyfiyyətinin yüksəldilməsi kimi mühüm üstünlüklər qazandırır. Bu, şirkətlərin daha çevik, rəqabətqabiliyyətli və davamlı fəaliyyət göstərməsinə şərait yaradır.

2024-cü ildə proqramın pilot mərhələsi uğurla başa çatdırılıb və bu müddətdə “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin texnoloji transformasiya prosesinə dəstək göstərilib.

Hazırda isə istehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrin proqramda iştirakı üçün yeni mərhələyə start verilib. Proqrama qoşulmaq istəyən müəssisələr “industry4.az” platforması üzərindən qeydiyyatdan keçə bilərlər. Proqramda iştirak tamamilə ödənişsizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri