Bu il 46 kişi qoruma altına alınıb RƏSMİ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Bu il ərzində verilən mühafizə orderlərinin sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin ilk 9 ayında 340 mühafizə orderi icraata daxil olub. Onlardan 323-ü qısamüddətli, 17-si uzunmüddətlidir. Mühafizə orderlərinin 294-ü qadına, 46-sı kişiyə verilib. Ötən dövrdən qalanlarla birgə 368 mühafizə orderinin icraatına xitam verilib.
Qeyd edək ki, mühafizə orderi məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyini təmin etmək və təkrar zorakılıq və təqibin qarşısını almaq məqsədilə verilən rəsmi hüquqi sənəddir.
Qanunvericiliyə əsasən, mühafizə orderinin iki növü var:
Qısamüddətli order: Yerli icra hakimiyyəti orqanı tərəfindən verilir və 60 günədək qüvvədə olur.
Uzunmüddətli order: Rayon (şəhər) məhkəməsi tərəfindən verilir və 60 gündən 180 günədək müddəti əhatə edir.
Qısamüddətli order məişət zorakılığı faktı müəyyən edildikdə, uzunmüddətli order isə qısamüddətli orderin və ya yazılı xəbərdarlığın tələblərinə əməl edilmədikdə tətbiq oluna bilər.
Hər iki order ödənişsizdir.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 26 Oktyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















