Məhkəmə Aynur Elgünəşi ev dustaqlığına buraxmadı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Jurnalist Aynur Elgünəşin səhhəti günü-gündən pisləşir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır.
“Bildirilir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimi təmin etmədi”, - E.Sadıqov qeyd edib.
Qeyd edək ki, Aynur Elgünəş digərləri ilə birgə “Meydan TV” işi üzrə 2024-cü ilin dekabrında həbs edilib. Hazırda məhkəmə işi davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 26 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















